• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir

“Nar” abunəçilərin gündəlik internetə olan tələbatını tam ödəməkdədir
27.02.2019 12:07
Ölkənin ən gənc mobil operatoru olan "Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir. Bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. "Nar”-ın  yüksəksürətli internetə çıxış imkanı verən "Qutu”, "Nar Wi-Fi” və "Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, "Qutu” istifadəçilərinin sayı 50%, "Nar Wi-Fi”  istifadəçilərinin sayı 22%, "Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, "Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir. 

"Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, "Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib: "Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, "Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir." 

Qeyd edək ki, "Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. "Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir. 

Mobil operatorun təqdim etdiyi digər məhsul - "Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. "Nar MiFi” cihazını istifadəçi istənilən yerə apara və  interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər. 

"Nar”-ın təqdim etdiyi "Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. "Qutu” təklifi ilə "Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol