• $
  • €
  • ₽
  • ₺
  • £

Kolumbiyanın sabiq prezidenti Bakıda məcburi köçkünlərlə görüşüb

Kolumbiyanın sabiq prezidenti Bakıda məcburi köçkünlərlə görüşüb
28.02.2019 12:39
Fevralın 27-də Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Aranqo Azərbaycana səfəri çərçivəsində Bakıda məcburi köçkünlərlə görüşüb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədr müavini Fuad Hüseynov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi kökləri və mövcud vəziyyəti barədə məlumat verib. Bildirilib ki, münaqişə nəticəsində 1 milyondan çox insan doğma yurd-yuvasını tərk edib, yataqxanalarda, məktəblərdə, bağçalarda və digər inzibati binalarda məskunlaşmaq məcburiyyətində qalıb. Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini Ermənistan hələ də icra etmir.

Məlumat verilib ki, ağır məhrumiyyətlərlə məcburi üzləşən qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı bu kateqoriyadan olan vətəndaşların maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən ağır və həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə ilk növbədə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır. 

Qonağın diqqətinə çatdırılıb ki, 2016-cı ilin aprel ayında Azərbaycan ordusu Ermənistanın növbəti təxribatının qarşısını alaraq, əks həmlə ilə ərazilərimizin bir hissəsini işğaldan azad edib. Bu əməliyyat zamanı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən qurulub və zərurui infrastruktur obyektləri ilə təchiz edilib. Qeyd edilib ki, Azərbaycan ordusunun əyilməzliyinin simvolu olan bu kənd həm də Azərbaycan əhalisinin öz tarixi torpaqlarına qayıdışının başlanğıcıdır. 
Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Azərbaycanda məcburi köçkünlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu kateqoriyadan olan vətəndaşlar üçün yaradılan şərait təqdirəlayiqdir. Eyni zamanda vurğulanıb ki, Kolumbiya da məcburi köçkün və qaçqın problemi yaşayan ölkələrdəndir və bu sahədə Azərbaycanın təcrübəsindən faydalana bilərlər.

Andres Pastrana Aranqo Yasamal rayonunda və Abşeron rayonunun Masazır qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə səmimi söhbət edib, onların yaşayış şəraiti ilə tanış olub.

Görüşdə Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol