• $
  • €
  • ₽
  • ₺
  • £

Körpənin bədən temperaturunun düzgün ölçülmə qaydası

Körpənin bədən temperaturunun düzgün ölçülmə qaydası
01.03.2019 23:00
Sağlam uşaqlarda bədən temperaturu böyüklərdə olduğu kimi 36,0-36,6 dərəcədır. Amma böyüklərdən fərqli olaraq sağlam uşaqlarda temperatur gün ərzində dəyişə bilər. Uşaqlarda ən aşağı temperatur səhər saatlarında, nisbətən yüksək temperatur isə axşamüstü saat 16-18 radələrində müşahidə edilir. Lakin uşağın bədən temperaturu arasında fərq çox olmur. Daha çox fərq isə uşağın ümumi vəziyyətindən və yaşından asılıdır.

Anews.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Hafizə Məmmədova deyib ki, əgər uşaq aktiv hərəkətdədirsə, yəni qaçıbsa, bədən temperaturu sakit vəziyyətə nisbətən 37 dərəcə, bəzən 37,5 də ola bilər. Nisbətən böyük yaşlı uşaqlarda isə bədən temperaturu onun vəziyyətindən az asılıdır. Həkim-pediatr onu da qeyd edib ki, yeni doğulmuş uşaqlarda və südəmər körpələrdə bədən temperaturu qış gecələrində normadan aşağı ola bilər. Eləcə də isti yay günlərində bədən temperaturu 37,2 - 37,5 dərəcə arasında dəyişir. Bu, onlarda mərkəzi sinir sisteminin tam formalaşmaması ilə izah edilir. Elə buna görə də körpə uşaqların bədəni tez qızıb soyumağa meylli olur. Həmin vəziyyətdə uşaq özünü yaxşı hiss edirsə, narahat olmaq məsləhət deyil.

Onun dediyinə görə, əksər həkimlər temperaturun ölçülməsi üçün adi civəli termometrdən istifadə etməyin daha yaxşı olduğunu hesab edirlər: "Elektron termometrlər daha rahat olsa da, daha tez-tez "səhv edirlər". Körpənin şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl spirtlə silinməlidir.

Bədən temperaturunu uşaq arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Ölçmə zamanı qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərlidirsə, əvvəlcə qoltuğun altını silmək, termometri qoltuqaltı nahiyəyə qoyandan sonra onun sürüşüb düşməməsinə nəzarət etmək lazımdır. Civəli termometrlə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq bürünmüş haldadırsa, temperaturu ölçmək lazım deyil. Bu, körpələrdə temperaturun nəticəsinə təsir göstərə bilər. Uşaq dilxor, yorğun və əsəbi olduqda, ağladığı vaxt və s. hallarda temperatur ölçməyi təxirə salmaq lazımdır".


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol