• $
  • €
  • ₽
  • ₺
  • £

Saçı tökülənlər MÜTLƏQ OXUSUN — 3 MÜKƏMMƏL RESEPT

Saçı tökülənlər MÜTLƏQ OXUSUN — 3 MÜKƏMMƏL RESEPT
03.03.2019 19:44
Başınızdakı ağ saçlar sizi narahat edir? Erkən yaşda saçlarınızın ağardığını düşünürsünüz?
Anews.az-ın "Medicina.az”a istinadən məlumatına görə, saçların ağarmasının bir çox fərqli səbəbi var. Əsas faktorlardan biri isə genetik saç ağlığıdır. Gərgin həyat tərzi, stress,  vitamin əskiklikləri və fərqli xəstəliklər nəticəsində saçlar ağara bilər. Bəzən saçların ağarmasının qarşısını müəyyən qədər almaq da olur. Bunun üçün təbabətdə bir neçə üsul var.
Onlardan bir neçəsini sizə təqdim edirik.
Qaraçay saçı antoksidləşdiricilərlə qidalandırır və ağ saç tellərinin rəngini dəyişir.
Resept 1 

İki yemək qaşığı çayı bir stəkan suda qaynadın, yaxşıca dəmləndikdən sonra çayı soyumağa qoyun. Çay soyuduqdan sonra  süzün. Saça və baş dərisinə masajla tətbiq edin. 1 saata yaxın gözləyin, daha sonra şampunla yuyun. Bunu həftədə 2-3 dəfə edə bilərsiniz.
Soğan suyu isə saç tökülməsinin qarşısını alır. Həmçinin, saçların itirilən sağlamlığını bərpa edir, ağarmanın qarşısını alır. Soğan iyi sizi narahat edirsə, aşağıdakı resept məsləhətli hesab olunmur. Lakin buna baxmayaraq, olduqca xeyirli vasitədir.
Resept 2
Orta həcmli soğanı doğrayın. Bir yemək qaşığı zeytun yağı əlavə edərək blenderdən keçirin. Əldə olunan qarışığı tənzifdən süzün. Hazırlanan soğan suyunu 10 dəqiqə ərzində saç diblərinə masajla tətbiq edin. 40 dəqiqə gözlədikdən sonra saçlarınızı durulayın.
Kokos yağı və limon suyu
Limon bol miqdarda C vitamini ilə zəngindir. Qələvi elementlərlə olduqca zəngindir. Bundan başqa onun tərkibində 8 faizə qədər üzvi turşular, 3 faizə qədər şəkər, azotlu maddələr, mineral maddələr, A, VI, V2, Z, S vitaminləri, fitosidlər və s.  var. 
Kokos qozunda olan maddələr isə saçı qırılmalardan qoruyur.
Resept 3
İki çay qaşığı limon suyunu 2 yemək qaşığı kokos yağı ilə qarışdırın. Əldə olunan məhsulu biraz isidin. Qarışığı baş dərisinə masaj edərək, yarım saat gözləyin. Daha sonra saçlarınızı yuyun.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol