• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni əsirliyində olan rus qadından DƏHŞƏTLİ ETİRAFLAR: Şuşada bədənini... - VİDEO

Erməni əsirliyində olan rus qadından DƏHŞƏTLİ ETİRAFLAR: Şuşada bədənini... - VİDEO
08.03.2019 11:19
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni quldurlarının əsir və girov götürdüyü insanlar arasında milliyyətçə rus, tatar olan Azərbaycan vətəndaşları da var.

Onlardan biri də Ağdam rayonunun Muradbəyli kənd sakini, milliyyətcə rus olan 1937-ci il təvəllüdlü Abbasova Nina Georgiyevnadır.
Ermənilər 1993-cü il iyulun 23-də - Ağdam rayonunun işğalı zamanı N.Abbasovanı həyat yoldaşı Abbasov Əli Rəsul oğlu ilə birlikdə girov götürüblər. Erməni quldurları Nina Abbasovanı bir il girov saxlayıblar və 1994-cü ilin iyulun 25-də azad olunub.

N.Abbasova girovluqdan azad olunandan sonra bir müddət Sumqayıtda məskunlaşıb, lakin bu şəhərdə yaşaya bilməyib və yenidən Qarabağ torpağına qayıdıb. Hazırda N.Abbasovanın 82 yaşı var və Ağdam rayonunun Əfətli kəndində yaşayır.

N.Abbasova deyir ki, həyat yoldaşı ilə 1955-ci ildə Rusiyanin Kemirov şəhərində tanış olub: "Əli cavan, boylu-buxunlu, yaraşıqlı oğlan idi və Kemirovda işləyirdi. Biz 1957-ci ildə ailə həyatı qurduq. Lakin Əli üç bacının bir qardaşı olduğundan Azərbaycana qayıtmalı olduq və Muradbəylidə yaşadıq. Rus olmağıma baxmayaraq, mənə çox yaxşı münasibət var idi. Qayınanam, baldızlarım mənə tamamilə doğma münasibət bəsləyirdilər. Bizim 4 övladımız oldu. Təbii ki, Qarabağ müharibəsi başlayanadək hər şey yolunda gedirdi. Ancaq münaqişə hər şey dəyişdirdi. Yoldaşım məni və uşaqları Quzanlıya göndərib özü isə Muradbəylidə qalmaq istəyirdi. Ancaq mən ona "ölsək də bir yerdə öləcəyik, qalsaq da, bir yerdə qalacağıq" dedim. İyunun 23-də ermənilər kəndə girdilər və bizi də əsir götürdülər".

O, 26 ildən sonra ilk dəfə başına gələnləri ağlayaraq danışır: "Bizi əsir düşərgəsinə bir yerdə apardılar. İnsanlar halsız, ac-susuz qışqırırdılar. Azyaşlı qızları, gəlinləri, hətta yaşlı qadınları gözümüzün önündə zorlayırdılar. Kişilərə qarşı təhqiredici hərəkətlər edirdilər. Mən 14 ay əsirlikdə qaldım, ancaq sonradan erməni əsirlərlə dəyişdilər. Əlini isə Şuşaya, oradan da Xankəndinə aprmışdılar. İki ildən sona həyat yoldaşım da əsirlikdən azad oldu. Onu erməni girovluğunda mütəmadi olaraq döymüş, bədənini siqaret kötükləri ilə yandırmışdılar. Nəticədə aldığı mənəvi və fiziki işgəncələr səbəbindən əsirlikdən azad ediləndən bir müddət sonra dünyasını dəyişdi".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol