• $
  • €
  • ₽
  • ₺
  • £

Bu qatar tunellərdən keçəcək: Qəbələyə dəmiryol xətti çəkilir

Bu qatar tunellərdən keçəcək: Qəbələyə dəmiryol xətti çəkilir
11.03.2019 11:48
Dəmir yolunda tikinti işlərinin həyata keçirilməsi üçün Ağdaş ərazisində beton zavodu, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb

Son vaxtlar Azərbaycandakı dəmir yollarında aparılan təmir-bərpa işləri ilə yanaşı yeni dəmiryol xətləri də çəkilir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yeni dəmiryol xətlərindən biri də Qəbələ hava limanı istiqamətinə çəkilir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni dəmiryol xəttində hazırda qızğın iş gedir.

Ağdaşın yanından keçməklə Qəbələ hava limanına qədər olacaq 43 km-lik dəmir yol xətti boyunca 103 su ötürücü, 16 tunel və körpü Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı ərazisində isə vağzal inşa ediləcək.

Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkilir. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Hazırda ərazidə dağ yamaclarının düzləşdirilməsi işləri aparılır.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın sözlərinə görə, 43 km-lik birxətli dəmir yolunun çəkilişi zamanı 103 su ötürücü, 16 tunel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-Şıxlar kəndi ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmiryol xəttinin 14-cü km-də 27 metrlik körpü inşa edilir.

Dəmiryol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonunda dağlıq əraziyə düşür. Sözügedən ərazidə işlər hazırda davam etdirilir və çəkilən dəmiryol xəttinin ən güclü iş gedən ərazisi də məhz bura sayılır. Bu da, əsasən, coğrafi mövqeyin dağlıq olması ilə əlaqədardır.

Sevinc Qədirovanın dediyinə görə, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir qədər mürəkkəbdir. Dağlıq yerlər olduğundan əlverişli hava şəraitindən istifadə edərək əsas işlər dağlıq ərazilərdə aparılır.

Dəmir yolunda tikinti işlərinin həyata keçirilməsi üçün Ağdaş ərazisində beton zavodu, daş karxanası, qum və çınqıl doğrayan qurğu quraşdırılıb. Yolun çəkilişinin keyfiyyətli və sürətli aparılması üçün 420-dən artıq işçi, 280-dən çox maşın mexanizm cəlb olunub ki, onların da böyük hissəsi Ağdaş və Qəbələ rayonlarındandır.

Layihənin bu ilin sonlarına təhvil verilməsi nəzərdə tutulub. 4 yol artıq tam hazırdır. Bundan başqa, süni qurğular və körpülərdə aparılan işlərin 60%-i artıq tamamlanıb. 43 km-lik yolun 20 km məsafəsində dəmir yolu çəkilişi üçün torpaq yatağı hazırdır və işlər davam etdirilir. 30 faiz yol işi, 45 faiz isə süni qurğu və körpülər tam tamamlanıb.

Ehtimal var ki, yeni çəkilən birtərəfli dəmiryol xətti turizm potensialı olan Qəbələ rayonu üçün səmərəli və əlverişli olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol