• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yarım milyon manat dələduzluq edən dəstəyə hökm oxundu

Bakıda yarım milyon manat dələduzluq edən dəstəyə hökm oxundu
12.03.2019 23:00
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilən Anar Süleymanov, Alim Əkbərov və Zəmanət Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az Trend-ə istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Süleymanov 7 il 6 ay, A.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində həbs qətimkan tədbiri seçilməyən Z.Hüseynliyə isə şərti cəza verilib.

İttihama görə, həmin şəxslər hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz saxta sənədlərdən istifadə edib, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçiriblər.

A.Əkbərov tanışı A.Süleymanovla "Gobustone" MMC-nin satış mütəxəssisi vəzifəsində işləyən İbadov Ömər İmran oğluna pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib. Onlar 2016-cı ilin iyun ayında "Gobustone" MMC-dən hörgü bloku və yapışdırıcını alıb ələ keçirmək üçün "Elvin İnşaat Servis" MMC-də heç bir vəzifə tutmadığı və həmin şirkət tərəfindən ona heç bir səlahiyyət verilmədiyi halda, özünü həmin MMC-nin rəsmi nümayəndəsi kimi təqdim ediblər. Hər iki şəxs "Elvin İnşaat Servis" MMC-nin direktoru Ədalət Zahidovun xəbəri olmadan saxta sənəd hazırlayıb, "Gobustone" MMC-nin direktoru Aynur Qasımovla müqavilə imzalayıb. Müqaviləyə əsasən, onlar həmin şirkətdən ümumilikdə 91 595 manat dəyərində tikinti materialları alıblar.

Bundan başqa, A.Əkbərov A.Süleymanovla birgə "Gilan" MMC-nin satış müdiri vəzifəsində işləyən Əhmədli Elçin İsgəndər oğluna pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib aldadıblar. Onlar özlərini "Elvin İnşaat Servis" MMC-nin rəsmi nümayəndəsi kimi təqdim edərək 2016-cı ilin avqust ayında "Gilan" MMC-dən 36 960 manat dəyərində alcipan materialını saxta sənədlərlə ələ keçiriblər.

Cinayət materiallarında qeyd edilib ki, A.Əkbərov digər tanışı Z.Hüseynli ilə yenidən "Gobustone" MMC-nin satış mütəxəssisi vəzifəsində işləyən Ö.İbadova pulunu sonradan ödəyəcəyinə dair yalan vəd verib. Onlar 2016-ci ilin sentyabr ayında "Gobustone" MMC-dən hörgü bloku və yapışdırıcını alıb ələ keçirmək üçün özlərini "Usta Group" MMC-nin rəsmi nümayəndəsi kimi təqdim ediblər. Bu yolla onlar şirkətin 91 595 pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

Həmçinin A.Əkbərovla A.Süleymanov saxta sənəd hazırlamaq yolu ilə "Gilan" MMC-nin yenidən 59 554 manat, "Holcim Azərbaycan" ASC-nın isə 346 574 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Həmin şəxslər adı çəkilən şirkətlərə, ümümilikdə, 534 683 manat ziyan vurublar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol