• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir?

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir?
19.03.2019 19:00
Son günlər sosial şəbəkələrdə gedən müzakirələrdə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qida rasionu gündəmə gətirilib. Bəzi keçmiş məhkumlar dustaqlara ümumiyyətlə ət verilmədiyini iddia edir. Digərləri isə bayramdan bayarama toyuq əti verildiyini bildirir. Hər gün yaxınlarının cəzaçəkmə müəssisələrinə müxtəlif qidalardan hazırlanmış bağlamalar gətirmək məcburiyyətini isə məhkumların qida rasionunun zəif olması ilə əlaqələndirirlər.

Anews.az   modern.az-a istinadən xəbər verir ki, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov dustaqlara verilən qidaların siyahısı normativə uyğun hazırlandığını bildirib: 

"Məhkumların qidalanması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar əsasında həyata keçirilir. Məhkumların qida rasionunda ət, toyuq, balıq, müxtəlif çeşidli tərəvəzlər var. Eyni zamanda, azyaşlı məhkumlar, hamilə qadınlar, diabet xəstələri üçün ayrıca yeməklər hazırlanır. Müalicə müəssisəsində saxlanılan, vərəmli, infeksiyalı və digər profilli xəstələr üçün tamam başqa menyuda xörəklər hazırlanır. Onlar gücləndirilmiş dietadan istifadə edirlər. Onların səhhətinin, fiziki durumunun normal saxlanılması üçün çox yaxşı qida lazımdır. Bildiyiniz kimi, vərəmli məhkumlar çox sayda dərman pereparatları qəbul edirlər. Bu cür xəstələrə şokoladdan tutmuş süd məhsullarına qədər hər şey verilir”. 

M.Sadıqov qeyd edib ki, "məhkumlara ət verilmir!” iddiasında olanlar həqiqətə uyğun olmayan məlumatlar yayır: "Məhkumun həftələrlə ət yeməməsi kimi bir hal qətiyyən ola bilməz. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında bişirilmiş qidalar orada saxlanan məhkumların tam fiziki durumda olmasına kifayət edir”. 


Şöbə rəisi "bayram günlərində məhkumların qida rasionu hansı şəkildə təşkil edilir” sualını belə cavablandırıb: 

"Milli bayram günlərində hər bir müəssisədə müdiriyyətin təşəbbüsü ilə bayram süfrələri açılır. Menyuda aş-qara, müxtəlif növ şirniyyatlar və s. olur. Nəinki məhkumlar üçün, hətta mühafizə alayının və konvoy taborunun əməkdaşları üçün də bayram süfrələri təşkil olunur”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol