• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir məmurun var-dövlətinin SİYAHISI

Daha bir məmurun var-dövlətinin SİYAHISI
24.03.2019 19:30
Son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Onların arasında deputatlar da var. 



Anews.az "Yeni Sabah”a istinadən xəbər verir ki, ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağan olunur. Həmçinin, bu siyahısı yayılan məmurların həmin var-dövlətə yalnız uğurlu biznes sayəsində nail olduqlarını söyləmək belə gülüncdür, nəinki iddia etmək.
Ən azından bunu vəzifədən azad olunan nazirlər, məmurlar haqqında sonradan açıqlan cinayət işlərində görürük. Dövlət büdcəsindən vəsaitlərin necə talanması haqda bu cinayət işlərində onlarla faktlar mövcuddur.
Və media həmin məmurlarların korrupsiya əməlləri barədə vaxtilə informasiyalar yaysa da, bu işlə məşğul olmalı olan aiduiyyatlı dövlət qurumları heç bir hərəkət etmirdi.
İndi də eyni vəziyyətdir. Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır…
ASC demişkən… "Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik. Siyahıya baxın:
1. "Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında "Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. "NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev küçəsində "Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə "Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. "Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. "REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus "Rang Rover”, "Audi Q7”, "Sklass Mercedes”,” Porche”, "BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
23. Bir tender şirkəti, "Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol