• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditinə kompensasiyasının düzgün hesablanmadığını düşünən şəxs nə etməlidir?

Kreditinə kompensasiyasının düzgün hesablanmadığını düşünən şəxs nə etməlidir?
03.04.2019 15:33
Problemli kreditlərin həlli ilə bağlı sistem təqdim olunduqdan sonra bir sıra vətəndaş ödənişlərin düzgün aparılmamasından şikayət edir.

Belə ki, onlardan bəziləri faiz və dəbbə pulunun ümumi məbləğdən ümumiyyətlə çıxılmadığını, digərləri ümumiyyətlə hesablamalarda yanlışlıqlara yol verildiyini, bəziləri isə cari problemsiz kredit borclarının da kompensasiya məbləğindən çıxıldığını iddia edir.

Məsələni "Finans.az"a şərh edən hüquqşünas-ekspert Pərviz Məmmədov yuxarıda sonuncu qeyd olunan problemlə bağlı bildirib ki, ödənişlərdən vətəndaşın cari problemsiz kredit məbləğinin çıxılması fərmanın mahiyyətinə uyğun deyil. Fikrini davam ekspert fəmanın ikinci bəndinə əsasən edilən ödənişin ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməli olduğunu vurğulayıb:

"Fərmana və mexanizmə əsasən ödəniş fiziki şəxslərin ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməlidir. Yəni burada hər hansı cari problemsiz kredit ilə bağlı ödəniş nəzərdə tutulmayıb və vətəndaşın həmin borcunun kompensasiya məbləğindən çıxılması Fərmanın mahiyyətinə də uyğun gəlmir. Vətəndaşın hazırda hər hansı banka kredit borcu varsa və o, bu borcu vaxtlı-vaxtında ödəyirsə, Mülki Məcəlləyə əsasən vaxtı çatmamış öhdəliyi icra etmək ancaq həmin şəxsin iradəsindən asılı olmalıdır: 

Əgər vətəndaşın kompensasiyanın hesablanmasında yanlışlıqlara yol verilməsi ilə bağlı sualı varsa, o, ilk növbədə ödənişlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) müraciət etməlidir. Belə ki, problemli kreditlərin həlli ilə bağlı dünən açıqlanan qaydalara əsasən Palatada komissiya fəaliyyət göstərəcək. Sual doğuran məsələlər üzrə vətəndaşlar ora müraciət etməlidirlər. Həmçinin, komissiya ilə bərabər Apellyasiya Şurası da fəaliyyət göstərəcək. Komissiyanın qərarını yanlış sayan şəxslər Apellyasiya Şurasına da müraciət edə bilərlər.​ Yox əgər vətəndaşlar burada da suallarına cavab tapa bilməzlərsə, bu halda məhkəməyə müraciət edə bilərlər".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol