• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidlərin xatirəsi əbədiləşdiriləcək - Komissiya yaradıldı

Şəhidlərin xatirəsi əbədiləşdiriləcək - Komissiya yaradıldı
04.04.2019 09:34
Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Nazirlər Kabinetinin rəsmi saytında verilən xəbərə görə, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, komissiya aşağıdakı tərkibdən ibarətdir:

Komissiyanın sədri:

Baş nazirin müavini;

Komissiyanın katibi: Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri;

Komissiyanın üzvləri: 

müdafiə nazirinin müavini, 

daxili işlər nazirinin müavini, 

mədəniyyət nazirinin müavini, 

gənclər və idman nazirinin müavini, 

təhsil nazirinin müavini, 

səhiyyə nazirinin müavini, 

maliyyə nazirinin müavini, 

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 

Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini, 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, 

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, 

Dövlət Turizm Agentliyi sədrinin müavini, 

Milli Arxiv İdarəsi rəisinin müavini, 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, 

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.

Qərara əsasən, dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılacaq və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim ediləcək.

Bu Qərardan irəli gələn digər məsələlər "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

Nazirlər Kabinetinin "Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhidlərin adının əbədiləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol