• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur iş adamı müflis olub, kirayə evdə yaşayır: “Uşaqlarımı da məktəbdən çıxarıblar”

Məşhur iş adamı müflis olub, kirayə evdə yaşayır: “Uşaqlarımı da məktəbdən çıxarıblar”
04.04.2019 10:42
"Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Sahib İbrahimov "Yeni Müsavat”a deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: "Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm”.

S.İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən danışarkən qeyd edib ki, 11 ildir ona təzminat ödənmir: "Hamı bilir ki, orada nə məhkəmə gedir. 11 ildir ki, təzminatla bağlı müraciət edirik, bizə cavab verən yoxdur. 11 ildir bilmirik ki, bu binanın pulunu kim verəcək, necə verəcək? Teleqram göndəririk cənab prezidentə çatmır, videomüraciət edirik, cənab prezidentə çatmır. İmkan vermirlər ki, gedib prezidentə çatsın. Prezident 3 dəfə göstəriş verib ki, gedib iş adamının təzminatını ödəyin. Ödəmirlər. Biz də prezidentə sözümüzü çatdıra bilmirik. Ona görə də əlacsız qalıb videomüraciət yaymışıq. İnşallah, baxar. Düşünürük ki, bir gün baxar. Nə qədər olar məktubları gizlətmək. Məhkəmə də gedir. Ora gələn zərərçəkənlər məni tanımırlar, məndən şikayətçi də deyillər”.

İttiham aktına görə Sahib İbrahimov külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir. İş üzrə 52 zərərçəkən var.

Sahib İbrahimov deyir ki, prezidentə əvvəlki müraciətlərindən sonra ona qarşı addımlar atılıb, susdurulmasına cəhdlər olub. "Bəs son müraciətinizə mənfi və ya müsbət mənada reaksiya varmı” sualına Sahib İbrahimov "Hələlik heç bir reaksiya yoxdur” deyə cavab verib: "Məni susdurmaq üçün üstümə cinayət işi açdılar. Bəlkə susum. Mən videomüraciətimdə də bunu dedim. Ümid edirəm ki, müraciətimə baxılacaq”.

Qeyd edək ki, hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol