• $
  • €
  • ₽
  • ₺
  • £

İzləyicisinə “Ferrari” hədiyyə edən gəncin hekayəsi - Necə bu səviyyəyə çatıb?

İzləyicisinə “Ferrari” hədiyyə edən gəncin hekayəsi - Necə bu səviyyəyə çatıb?
04.04.2019 11:30
"Instagram”ın cəmiyyəti yönləndirdiyi, gündəm yaratdığı dövrdə orada on milyon izləyici qazanan Hüseyn Həsənova uğurlu demək olar, ya yox, müzakirəlidir.

Hələ bir neçə ay əvvəl "28 Mall” AVM-də sayəsində yaranan izdiham bir çoxlarında sual işarəsi yaratdı: gənclər onu niyə belə sevirlər? Onun vəzifəsi, peşəsi nədir?

Keçən ay keçirdiyi yarışma və sonda izləyicisinə "Gelandewagen” hədiyyə etməsi isə ikinci sualı yaratdı: 24 yaşlı gənc bu "level”ə necə gəlib?

Oxu.Az əslən azərbaycanlı olan, bloqer Hüseyn Həsənovla bağlı bəzi məlumatları təqdim edir:

O, 5 iyun 1994-cü ildə Sankt-Peterburq şəhərində anadan olub, 2015-ci ildə Sankt-Peterburq İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib. Universitetdə KVN komandasında çıxış edib.

KVN komandasının üzvləri qısa video çəkərkən, onlardan biri zəng edib çəkiliş üçün Hüseynin maşınını istəyib. Beləcə onun maşını videoda çəkilib. Hüseyn Həsənov da çəkilişin maraqlı olduğunu görüb və növbəti dəfə hansısa epizodik rolda çəkilmək istədiyini deyib.

"Həmin video uğurlu oldu, hamı "O balaca saqqallı qara oğlanı necə tapaq?” deyə soruşurdu. Mən də "Instagram”da qeydiyyatdan keçdim”, - deyə Hüseyn bildirir.


15 saniyəlik videoçarxlar sayəsində tanınan bloqerin "Instagram” hesabında bir postun qiyməti 600-700 min rubldur, paylaşımlar 33 milyonluq auditoriyanın baxışını qazanır. Əvvəlcə telefonla hobbi kimi çəkilişlərlə başlanan bloqerlik 2017-ci ildə komandada on insanın işləməsi ilə inkişaf edib. 

Videoçarxlarda ciddi məsələlərə olmasa da, gəncləri güldürən və maraqlandıran mövzulara: əsasən, oğlanlarla qızların tanışlığı və münasibətləri mövzusuna toxunur.

Atasından qalma restoran biznesi ilə məşğul olmaq onun seçimi olmayıb. Sonradan o, öz "GG” markalı kişi geyim brendini yaradıb. 



Uşaqlıqda qırmızı maşın kolleksiyası arzusu olan, indi isə onu reallaşdıran H.Həsənovun gənclərə tövsiyəsi budur:

"İstənilən sahədə hərəkət və heç kimə qulaq asmamaq lazımdır. Sən nəyisə etməyə başlayanda heç bir dəstək olmayacaq. Edə bildiyini, bacardığını göstər və heç kimə qulaq asma”. 

Bloqerin ziyanlı vərdişlərdən uzaq, idmanla məşğul olması, muzeylərə baş çəkməsi, kitablar oxuması, həmçinin, xeyriyyəçilik etməsi, kimsəsiz uşaqlara hədiyyələr aparıb sevindirməsi də nəzərə çarpır.

Bir ayda sosial şəbəkələrdən 4 milyon rubl (105 min AZN) qazandığını deyən gənc beş il sonra ən zəngin insanların siyahısına düşməyi planlaşdırır və özünə inanır.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol