• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda əxlaqsızlıq yuvasında əməliyyat

Bakıda əxlaqsızlıq yuvasında əməliyyat
05.04.2019 12:01
Bakıda qadınları gəlir məqsədilə fahişəliyə cəlb etməkdə və əxlaqsızlıq yuvası təşkil eləməkdə ittiham olunan Maman Nadirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, Maman Nadirova Nəsimi rayonunda paytaxt sakini Sevda Vəliyevanın (ad və soyadlar şərtidir – red.) mənzilini kirayə götürüb və orda əxlaqsızlıq yuvası təşkil edib. 23 dekabr 2016-cı il tarixdə Samir Məmmədovun Samirə Əliyeva ilə görüşünə həmin mənzildə şərait yaradıb.

Bunun müqabilində Maman Nadirova Samir Məmmədovdan qadınla mənzildə bir saat görüşməsi üçün 20 manat alıb.

Daha sonra Maman Nadirova yüngül həyat tərzi keçirən Nərmin Səlimovanı İsa Vəliyevlə görüşünə şərait yaradıb. O, İsa Vəliyevdən 50 manat alıb və həmin mənzildə Nərminlə görüşməsinə şərait yaradıb.

Maman Nadirova İsa Vəliyevdən aldığı 50 manatın 25 manatını özünə götürüb, 25 manatını isə qadına verib.

Bundan sonra Nərmin Səlimova həmin mənzildə İsa Vəliyevlə intim əlaqəyə girib.

Bu zaman Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında həmin mənzilə gəliblər.

Keçirilən əməliyyat nəticəsində mənzilin yataq otağında İsa Vəliyev Nərminlə yaxalanıb.

Maman Nadirova həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Maman Nadirova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Nəsimi rayonunda kirayə götürdüyü evdə ailəsi ilə birlikdə yaşayıb, orada əxlaqsızlıq yuvası təşkil etməyib.

Qeyd edib ki, Samir Məmmədovu qadınla intim əlaqə üçün həmin mənzildə görüşdürməyib, gəlir əldə etmək məqsədilə ondan pul almayıb.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Maman Nadirova 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Maman Nadirova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rəşad Abdulovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Maman Nadirovanın şikayəti təmin olunmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol