• $
  • €
  • ₽
  • ₺
  • £

“Həmin söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm” - Qalmaqallı verilişin aparıcısı

“Həmin söyüşü eşitməmişəm, etika xətrinə gülürdüm” - Qalmaqallı verilişin aparıcısı
08.04.2019 15:15
"Space” TV-nin "Hər səhər” verilişində yaşanan biabırçı hadisədən sonra verilişin yaradıcı heyəti töhmət aldı. Verilişin aparıcısı Anar Vaqifoğlu televiziyada aparıcısı olduğu bütün verilişlərdən uzaqlaşdırılıb. 

Anews.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a açıqlama verən Anar Vaqifoğlu, həmin söyüşü eşitmədiyini deyib:

""Space” telekanalındakı bütün verilişlərdən uzaqlaşdırılmışam. Amma radiodakı fəaliyyətim davam edir. Həmin söyüş işlədiləndə eşitməmişəm. Qulağımda rejissorları eşitmək üçün qulaqlıq var idi. Sadəcə, etika xatirinə gülmüşəm. Bu o demək deyil ki, onlar mənim üzümə söyüblər və mən də gülüşlə qarşılamışam. İlk başda mövzunun mahiyyətini anlamadım. Olanlardan hamı kimi sonradan xəbər tutdum”.

Anar telekanalın cərimə olunmasına da münasibət bildirib:

"O ifadəni işlədən adam da bilir ki, efirdə belə söz işlətmək olmaz. Sadəcə, səsin eşidiləcəyini düşünməyib. Bilirsiniz, hamı söyüş bilir və söyür. Sadəcə, bu dəfə yerində işlənməyib. Yalnız onu deyə bilərəm ki, mən də daxil olmaqla, bu məsələyə aidiyyatı olan şəxslərin hamısı töhmət alıb”. 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol