• $
  • €
  • ₽
  • ₺
  • £

“Bacanağım qızıma pulla cinsi əlaqədə olmaq təklifi etdi, arvadıma sataşdı” - Abşeronda qətlin TƏFƏRRÜATI

“Bacanağım qızıma pulla cinsi əlaqədə olmaq təklifi etdi, arvadıma sataşdı” - Abşeronda qətlin TƏFƏRRÜATI
10.04.2019 17:28
Bacanağını öldürməkdə ittiham olunan Şahin Qasımovun məhkəməsi yekunlaşıb.

Anews.az ölkə.az-a istindən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin hökmünə əsasən, Şahin Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə Abşeron rayonu Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində baş verib. Həmin ərazidə yaşayan Ş.Qasımov bacanağı M.Abbasovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Abbasov xəstəxanada ölüb.

Ş.Qasımov barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şahin Qasımov məhkəmədə peşman olmadığını söyləyib. Qasımov bacanağını namus üstündə öldürdüyünü deyib. O, bildirib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb: "Bacanağım Müşfiq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşfiqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşfiq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm".



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol