• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik ANS-i məhkəməyə verdi

Nazirlik ANS-i məhkəməyə verdi
11.04.2019 12:11
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "ANS"i məhkəməyə verərək 86 min manat tələb edib.

Anews.az "qafqazinfo"ya istinadən xəbər verir ki, nazirliyin Teleradio İstehsalat Birliyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh, "ANS" Müstəqil Yayım və Media Şirkətindən 86 222,90 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunu alınaraq "Teleradio İB"yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

İddia tələbi onunla əsaslandırılıb ki, "Teleradio" İstehsalat Birliyi ilə cavabdeh "ANS" arasında 2004-cü il sentyabrın 1-də müqavilə imzalanıb. Müqaviləyə əsasən "Teleradio" İB "ANS"-in avadanlıqlarına enerji təminatını, texniki xidmət, mühafizə və təhlükəsizlik xidmətlərini yerinə yetirib. Oxşar müqavilə 2010-ci il yanvarın 25-də Teleradio İB ilə ANS ÇM arasında da imzalanıb.

Birinci müqavilədən "ANS" TV-nin "Teleradio"ya 72 773,49 manat, ikinci müqavilədən "ANS ÇM"in isə 13 499,41 manat borcu yaranıb.

"Teleradio" yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə, sonuncu dəfə 2017-ci il iyulun 17-də müraciət etsə də, heç bir ödəniş olunmayıb.

"ANS" Müstəqil Yayım və Media Şirkətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, şirkətin nümayəndəsi məhkəmə iclasına gəlməyib.

Məhkəmə gedişatında "Teleradio" İB-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "ANS ÇM"in borcunu bağışlayaraq, yalnız TV-nin borcuna görə "ANS" şirkətindən 72 773,49 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Teleradio İstehsalat Birliyinə ödənilməsini xahiş edib.

Hakim Səbinə Nuriyeva iddianı təmin edib və qeyd olunan məbləğin "ANS"dən tutularaq Teleradio İstehsalat Birliyinə ödənilməsinə qərar verib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol