• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü – ADLAR/SİYAHI

Azərbaycanda dəhşətli hadisədə 3 nəfər öldü – ADLAR/SİYAHI
14.04.2019 11:19
Ötən gecə İsmayıllıda baş vermiş dəhşətli yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Publika.az xəbər verir ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində "BMW” markalı, 90 HK 850 dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarına aşması nəticəsində sürücü, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu ilə yanaşı, daha iki sərnişini ölüb.
Belə ki, sərnişinlər – 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu hadisə yerində vəfat edib. Daha bir sərnişin – 1972-ci il təvəllüdlü Seyifov Təyyar Cilovxan oğlu isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, avtomobil avtomobildə sərnişin kimi əyləşən Kənan Kərimova məxsus olsa da, dostu Ramin Allahverdiyev idarə edirmiş.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
****
02-00
Lahıcda avtomobil yol kənarına aşıb.
Publika.az-a FHN-dən verilən məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, İsmayıllı rayonunun Lahıc qəsəbəsində "BMW” markalı minik avtomobili yol kənarına aşıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü və 1 nəfər sərnişinin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini, yaralı vəziyyətdə olan digər sərnişini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol