• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Gəncin sinəsinə xaç çəkib, diri-diri basdırdılar
17.04.2019 20:05
Azərbaycanda dəhşətli qətl hadisəsi törədilib.

Anews.az  azxeber.com-a istinadən xəbər verir ki, tükürpədici hadisə Lənkəranda baş verib.

18 yaşlı gənc oğlan martın 14-də evdən çıxıb və bibisigilə getdiyini bildirib. Bir müddət keçdikdən sonra oğlandan xəbər ala bilməyən valideynlər qohumlarına zəng ediblər. Qohumlar uşağın onlarda olmadığını dedikdən sonra valideynlər polisə məlumat verib.

Bir müddət keçəndən sonra məlum olub ki, gənc oğlan meşədə vəhşicəsinə öldürülüb, meyiti isə daş hasarın ətrafında gizlədilib. Cinayətin üstü isə təsadüfən açılıb. Meşəyə odun toplamağa gedən 4 nəfər qadın təsadüfən gənclərin yarım tikilidə toplaşdığını və şübhəli hərəkətlər etdiklərini görüblər. Qadınlar həmin əraziyə yaxınlaşan zaman ərazidə olan 4 nəfər gəncdən 3-ü qaçaraq meşədə gizlənib.

Digər bir nəfər isə əraziyə gələn qadınlardan biri Gülçöhrə adlı qadına hücum çəkib və ona xəsarət yetirib. Qadın çətinliklə də olsa polisə məlumat verə bilib. Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı Əkbər artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.

Qətlə yetirilən gəncin valideynləri Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" proqramında dəhşətli fikirlər səsləndirib. Gəncin anası Xatirə xanımın dediyinə görə, oğlunu 4 nəfər birlikdə öldürüb. Oğlu 2 gün kimsəsiz ərazidə can verib. Gənc öldükdən sonra meyitə işgəncələr verilib və meşəyə gedən yolda kimsəsiz bir yerdə basdırılıb.

Valideynlərin dediyinə görə, övladı öldürüldükdən sonra boynu sındırılıb, sinəsinə xəncər vurulub və meyitə qarşı qeyri-etik hərəkətlər edilib. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol