• $
  • €
  • ₽
  • ₺
  • £

Yeniyetmələr gecə klublarına niyə buraxılır...

Yeniyetmələr gecə klublarına niyə buraxılır...
18.04.2019 12:42
Elina adlı məktəbli qızın səs-küyə səbəb olan intiharından sonra azyaşlılarla bağlı bir neçə məqam da gündəmə gəldi. Gecə klubunda çəkilən və Elinaya aid olduğu iddia edilən fotoların yayılması ilə məktəblilərin klublara getməsi ciddi müzakirələr yaratdı. Sosial şəbəkələrdə gecə klublarının bağlanması haqqında təkliflər də irəli sürdülər.

Bu təkliflər barədə Modern.az-a danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev gecə klublarının bağlanmasının əleyhinədir. Onun fikrincə, belə addım heç bir müsbət nəticə verməyəcək:

"Cinayət qanunvericiliyində "səbəbli əlaqə” deyilən anlayış var. Hadisələrin baş verməsi ilə əlaqədar məqamları  gələcəkdə aradan qaldırmaq mütləqdir. Düzdür, gecə klublarına azyaşlıların daxil olması məqbul hadisə deyil. Bu, yeniyetmələrin həyat tərzinə, psixologiyasına, xarakterinə  pis təsir edir. Amma məsələyə qanuni tərəfdən baxanda, Azərbaycan hüquqi-demokratik dövlətdir. Həmin klublar qanunla fəaliyyət göstərirlər. Onlar müəyyən razılaşdırılmış lisenziya alırlar, buna uyğun fəaliyyətini qurmalıdırlar. Qeyri-qanuni fəaliyyət göstərən gecə klubları da var. Həmin klublar hüquq-mühafizə orqaları tərəfindən ifşa olunur, zaman-zaman müəyyən tədbirlər görülür. Bəziləri təklif edir ki, gecə klublarını ümumiyyətlə ləğv etmək, bağlamaq lazımdır. Bu, qanunazidd hərəkətdir. Əgər qanun fəaliyyətinə icazə verirsə, klublar öz fəaliyyətlərini qanunla tənzimləyirlərsə, niyə bağlanmalıdır? Hər hansı cinayətin, qanunsuzluğun qarşısını almaq üçün cəzaları sərtləşdirməyin o qədər də effekti olmur. Başqa sivil tədbirlər görmək lazımdır”.

M.Hacıyevin fikrincə, gecə klublarının fəaliyyətinə, yeniyetmələrin orada vaxt keçirməsinə ciddi nəzarət etməklə, məktəblərdə təlim-tərbiyə azaltmaqla belə hadisələri azaltmaq olar:

"Qeyri-qanuni fəaliyyət göstərənləri bağlayın, cinayət işi qaldırın, bu öz yerində. Nəzarət etmək, kompleks tədbirlərlə yeniyetmələrin klublara getməsinin qarşısını almaq lazımdır. Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, icra hakimiyyətləri birlikdə tədbirlər həyata keçirməlidir. Nazirlik maarifləndirmə aparmalı, məktəblərdə nəzarəti təmin etməli, profilaktik tədbirlər görməlidir. İcra hakimiyyəti isə nəzarət işlərini tək polisin üzərinə yıxmamalıdır. Bir bina tikilən kimi icra nümayəndələri ora tökülürlər. Halbuki, azyaşlılar kütləvi şəkildə gecə klublarına, internet-kafelərə gedəndə, səhərə qədər o məkanlarda vaxt keçirəndə heç kim qarışmır.

Bir də görürsən deputatlar müzakirə edirlər. 3-5 deputat birbaşa deyəcək ki, gecə klublarını bağlayın. Halbuki, bunu iddia edən adamların qanunvericilikdən xəbəri olsa, belə təklif etməz. İnanın, gecə klublarını bağlasalar, yeniyetmələrin inzibati xətaları, cinayət işləri azalmayacaq, əksinə artacaq. Oğurluqlar, narkotika, dələduzluqlar çoxlacaq. İnternet klubları misal çəkdim. İcra hakimiyyətləri niyə nəzarət etmir ki, gecə saat 3-də 12-13 yaşlı gənc internet-klubda neynir? Nə vacibdir ki, kompüter otaqları gecə 2-3-ə qədər açıq olsun. Saat 10-da bağlamaq olar”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol