• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı tələbə 74 min dollarlıq təklifə razılıq verdi: bu universitetdə oxuyacaq

Azərbaycanlı tələbə 74 min dollarlıq təklifə razılıq verdi: bu universitetdə oxuyacaq
23.04.2019 17:59
Uğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.
 
ONA-nın məlumatına görə, Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.
 
Cavid ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb:
 
"Açığı, seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Təkcə ala biləcəyim təqaüdün məbləği önəmli deyil. Bu mənada təklif aldığım hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma etiraf edim ki, hazırda daha çox İngiltərə və ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-a üstünlük verəcəyəm. Təkcə ona görə yox ki, ən yüksək təqaüdü - 74 min ABŞ dollarını məhz onlar təklif edir. Həm də ona görə ki, ABŞ-da ixtisas seçimi tələb olunmur. Tələbənin hərtərəfli yetişməsi üçün  ən ideal təhsil şəraiti yaradılır”.
  
Cavid Əlizadə insanalrın tez-tez ondan hansı ixtisas almaq niyyətində olduğunu soruşduqlarını deyir. Amma cavabında o ixtisasa deyil, elmə bağlı olduğunu bildirir:
 
"ABŞ-da məni ən çox cəlb edən məsələlərdən də biri məhz budur. Mən, sadəcə, ixtisaslı mühəndis, yaxud iqtisadçı olmaq niyyətində deyiləm. Mən həyatımı tamamən elmə, elmi araşdırmalara sərf etmək niyyətindəyəm. Bu səbəbdən də ABŞ-ın təhsil şərtləri mənə cəzbedici gəlir”.
 
Cavid Əlizadə hələ Britaniya kollecində təhsil aldığı dönəmdə çoxlarının örnək götürə biləcəyi tələblərə şahid olduğunu deyir:
 
"Orada mükəmməl təhsillə yanaşı, yetişməkdə olan gəncin işə, zəhmətə vərdişkar olması üçün çox vacib addımlar atılır, tələblər irəli sürülür. Amma heç bir karyera mənim vətən, yurd sevgimi zərrə qədər də olsa, zədələyə bilməz. Mən Azərbaycana çox bağlıyam”.
 
Qeyd edək ki, C.Əlizadə həm də xarici dil vərdişlərini gücləndirmək niyyətindədir.Hazırda ingilis, rus və qismən də ispan dillərində sərbəst yazıb danışan gənc istedad istifadə etdiyi dillərin sayını artırmaq niyyətindədir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Cəmiyyət 12:06
Cinayətdə şübhəli bilinən 65 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Cəmiyyət 11:50
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri yenidən bir araya gəlib
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
Cəmiyyət 11:38
Deputat ailə biznesləri üçün ayrıca inkişaf konsepsiyasının hazırlanmasını təklif edib
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Cəmiyyət 11:22
BDU-nun C blokunda tədris şəraiti ilə bağlı müraciətlər araşdırılacaq - rektor
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol