• $
  • €
  • ₽
  • ₺
  • £

Tarixin gizlinləri – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO

Tarixin gizlinləri – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
29.05.2020 05:32
Bu gün Sovet ordusunun İkinci Dünya müharibəsinin gedişində Üçüncü Reyxin paytaxtı Berlinə girməsindən 74 il ötür. Məhz 1945-ci il mayın 2-də azərbaycanlılardan ibarət Taqanroq diviziyası Berlinə daxil olub. Bəzi mənbələrdə bununla bağlı yanlış məlumatlar yazılsa da, tarixi faktlar bütün həqiqəti təfərrüatı ilə üzə çıxarır.

Lakin həmin hadisə haqda bəzi sensasion məqamlar hələ də gizli qalıb. Bu yazıda sizə SSRİ-nin və dünyanın tarixini dəyişdirən həmin olaydan bəhs edəcəyik.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Berlinə ilk olaraq azərbaycanlıların Taqanroq diviziyasının daxil olduğunu deyərək, çox önəmli bir məqamı açıqlayıb:

"1945-ci il aprelin 21-də Berlinin çox hissəsi Taqanrokun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reyxstaq ətrafı və Brandenburq darvazasının yanı idi. Brandenburq darvazası mayın 2-də faşistlərdən təmizlənəndən sonra Taqanroq diviziyasının döyüşçüləri Məmmədov, Əhmədzadə, Berejnoy, Andreyev, leytenant A.Məcidovun rəhbərliyi altında buraya Qələbə bayrağını sancdılar. Lakin marşal Jukov deyir ki, Qələbə bayrağını Berlinə rus əsgəri sancmalıdır və bunun üçün nə lazımdırsa, dərhal edilsin.

Bundan sonra ora hərbi müxbir, fotoqraf Yevgeni Xaldeyin getməsini əmr edirlər. Həmin bayraq sancılan yerə gələn rus zabiti azərbaycanlı hərbçiləri çağırır və hamının gözü qarşısında Məmmədovu güllələyir, digərlərini isə hədələyir. Bu zaman Taqanroq diviziyasına azərbaycanlının gülləndiyi barədə məlumat verilir. Bunu eşidən diviziyanın bir zabiti hadisə yerinə gəlib, Məmmədovu güllələyən rusun ayağı altına qumbara atır və onu partladır. Daha sonra həmin zabiti dərhal tutub, Sibirdə ən soyuq yerdə həbsxanaya atırlar”.

Bundan sonra Jukovun arzusu reallaşır və rus əsgəri Aleksey Kovalyov Reyxstaq üzərində Qələbə bayrağını "ilk dəfə” sancır. Xaldey bir neçə cəhddən sonra bu anı çəkə bilir və məhz həmin fotonun yayılmasına izn verilir.

Marşal Jukov və Stalin bu yolla qəhrəman azərbaycanlıların qəhrəmanlıqlarını arxa plana atırlar. Onlar daha əvvəllər də bu siyasətlərini davam etdirdikləri üçün savaşda 600 minə qədər vətəndaşı döyüşən Azərbaycanın bir çox oğlu Sovet İttifaqı Qəhrəmanı adını ala bilmir.

Lakin SSRİ-nin etdiyi bu səhvi onun xələfi təkrarlamır. Bu gün rusiyalı tarixçilər, tədqiqatçılar Berlinə ilk olaraq azərbaycanlıların daxil olub, Qələbə bayrağını sancdıqlarını etiraf edirlər. Hətta bu barədə Rusiyanın NTV kanalında nümayiş olunan intellektual verilişlərin birində də bəhs edilib.

İştirakçılara azərbaycanlıların Böyük Vətən müharibəsi zamanı göstərdikləri şücaətdən bəhs edən sual təqdim olunub: "1945-ci il mayın 2-də leytenant Məcidovun rəhbərliyi ilə dörd döyüşçü məhz bunu edib” sualına iştirakçılardan biri dərhal bu cavabı verib:

"Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağı sancıblar”.

Bundan başqa, Brandenburq qapıları önündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxışında bu sözləri demişdi:

"Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada – Brandenburq qapıları önündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı”.

Sovet rəhbərliyinin cəhdlərinə baxmayaraq, Berlində Brandenburq qapıları üstünə Qələbə bayrağını ilk olaraq azərbaycanlıların sancdığı faktı dəyişməz olaraq qalır. (kult.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol