• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan işğalçılıq siyasəti ilə nə qazanıb? 20% torpaq, yoxsa ....

Ermənistan işğalçılıq siyasəti ilə nə qazanıb? 20% torpaq, yoxsa ....
16.05.2019 16:42
Mayın 14-ü Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə keçirilən konfransda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni jurnalistlərin suallarını cavablandırarkən onlardan soruşub ki, "Azərbaycanla münaqişə şəraitində olmasından Ermənistan vətəndaşları nə qazandı? »

Xarici İşlər Nazirinin bu sualı elə Azərbaycanda da ciddi müzakirəyə səbəb olub. Bəzilərinin fikrincə, Ermənistan torpaq qazanıb, Azərbaycanın ən səfalı ərazilərini, tam 20 faizini 26 ildir işğal altında saxlayıb məskunlaşdırır, özününküləşdirir, dünyanı faktla barışmağa məcbur edir, bəzilərinin fikirlərinə görə isə, Ermənistan torpaqları müvəqqəti işğal edib və bir gün o torpaqlardan qovulacaq. Bu müvəqqəti işğal isə, Ermənistanı qlobal və regional layihələrdən kənarda saxlayır.

"Əgər Ermənistan Qarabağı işğal etməsəydi, bu gün Gürcüstandan keçən boru xəttləri Ermənistandan keçəcəkdi”

Politoloq Elxan Şahinoğlu deyir ki, Ermənistanın işğalçılıq siyasəti ölkəni bir çox imkanlardan məhrum edib. Onun sözlərinə görə, ölkədə hər kəs müharibə başlaya bilər qorxusu ilə yaşayır.

"Ermənistanın bu mövzuda ciddi itkiləri oldu. Əvvəlcə onu deyim ki, ölkədə hamı müharibə başlaya bilər qorxusu ilə yaşayır.  Bu gün Gürcüstandan keçən boru xəttləri, Ermənistandan da keçə biıərdi. Azərbaycan və Türkiyə ilə sərhədlər açılardı, iqtisadi imkanları genişlənərdi. Bu işğal Ermənistanı bütün regional layihələrdən kənar saxladı” – deyə o əlavə edib.

Elxan Şahinoğlu deyir ki, artıq Paşinyanın görüşləri də ciddi səmərə vermir.

"Bu günlərdə Paşinyan Çində oldu, görüşlər keçirdi. Heç olmasa, bir müqavilə də bağlaya bilmədi. Ermənistana əliboş döndü. Ancaq Azərbaycan prezidenti bu görüşləri çox səmərəli başa vurdu. Çin Ermənistanı yox, Azərbaycanı seçdi. Bu da, birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə əlaqəlidir” – deyə Elxan Şahinoğlu bildirdi.

Ekspert deyir ki, Ermənistan tərəfi son şansını da itirdi.

"Son ümidləri o idi ki, İran – Rusiya dəmir yolu xətti Erməınistandan keçsin, ancaq hər iki tərəf bu mövzuda da Ermənistanı yox, Azərbaycanı seçdi” – deyə politoloq Elxan Şahinoğlu bildirib.

"Ermənistan dağılmaqda olan Sovet İmperyasının avanturist ideyalarını həyata keçirdi”

Bu fikirlər isə, Millət Vəkili Fəzail Ağamalıya aiddir.

Millət vəkili deyir ki, Ermənistan bu gün də Rusiyanın maraqları ilə hərəkət edir.

"Hal-hazırda Rusiyanın durumu göz önündədir. Rusiyanın qlobal maraqları olduğu kimi, regional maraqları da var. Rusiya Qafqazı ələ almaq istəyir. Ona görə də, bu münaqişədə netiral mövqe sərgiləyə bilmir. Ermənistan da bu kontekstdə Rusiyanın maraqlarına xidmət edir” – deyə millət vəkili bildirib.

Əgər Rusiya olmasa…

Fəzail Ağamalı deyir ki, əgər Rusiya bu məsələdə neytral mövqe sərgiləsə, Azərbaycan çox qısa müddətdə torpaqları geri alacaq.

"Bu gün Azərbaycanın Rusiya ilə olan yüksək əməkdaşlıq münasibətləri ümid verir ki, Rusiya bir gün bu məsələdə neeytral mövqe sərgiləyəcək. Bu baş versə, çox qısa müddətdə torpaqlarımızı geri alacağıq” – deyə millət vəkili bildirib.

Fəzail Ağamalı bildirib ki, Ermənistana sanksiya tətbiq olunması ilə bağlı ardıcıl olaraq çağrışlar edilir, ümumilikdə isə, bu işğaldan qazandıqları yoxsulluq, səfalət oldu.


Həzi





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol