• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev statistikanı, iqtisadçılar isə naziri inkar edir

Sahil Babayev statistikanı,  iqtisadçılar isə naziri inkar edir
28.05.2020 18:44
MDB statistika Komitəsinin son yaydığı cədvələ görə, Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında həm nominal, həm də real orta aylıq əmək haqqında ən az artım Azərbaycanda qeydə alınıb. Hesablamalara görə, cari il Azərbaycanda orta aylıq əmək haqqının nominal dəyəri 3%, real dəyəri cəmi 0.6% artıb. MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilib. Cari ildə Rusiyada orta aylıq əmək haqqı 662,6 dollara (43 min 400 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Belarus qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 447,7 dollar (958,1 rubl) olub. Azərbaycan bu siyahıda 6-cı sırada yer alıb. 
 
Məsələyə münasibət bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev  deyir ki,  Azərbaycanda miminimum əmək haqqı artımları 2019-cu ilin martından etibarən tətbiq olunub və artım 40%-dir.

Bu sözləri Anews.az-ın suallarına cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. "Biz o cədvələ baxmalıyıq. Mən bir şeyi vurgulayim ki, Azərbaycan bu günləri minimum pensiya üzrə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri bölüşür və ona görə də, siz dediyiniz statistika hansı dövrü əhatə edir dəqiqləşdirmək lazımdır", - deyə nazir bildirdi.

Nazir həmçinin bildirdi ki, artıq sosial islahatların yeni paketi də hazirlanır. 

"Cənab prezidentin təşəbbüsü ilə son bir il ərzində 3 milyon insanı əhatə edən islahatlar paketi həyata keçirilib. Bu islahatlar paketinin nəticəsində, həm mimnimum əmək haqqında ciddi artımımız olub, həm də minimum penisiyalarımız ciddi şəkildə artib. Bundan əlavə, sosial ödənişlər, müavinətlər və təqaüdlər də 2 dəfə artıb. Artıq sosial islahatların yeni paketi də hazirlanır və yaxın günlərdə həm əmək haqqları ilə bağlı, həm də pensiyalarla bağlı təkliflərimizi hazırlayıb cənab prezidentə təqdim edəcəyik", - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əlavə edib.

Nazirin açıqlamasını şərh edən iqtisadçı Rövşən Ağayev isə deyir ki, Azərbaycanın MDB-də ən az əmək haqqı artımı edən ölkə olmasına təəccüblənmir və ölkədə 40% artımdan söhbət gedə bilməz. 

"2015-ci ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artım 1.2% oldu, 2016-cı ildə 3.1% azaldı, 2017-ci ildə sabit qaldı, 2018-ci ildə isə 1.1% artım qeydə alındı. Ümumilikdə, 4 idlə Azərbaycan iqtisadiyyatı 0.5% azalıb. Belə bir durumda əımək haqqlarının ciddi şəkildə artması, hətta 40%-lik göstəricinin olması mümkün deyil. Çünki, əmək haqqları o zaman artır ki, ölkədə milli gəlir artır. Azərbaycanda isə, hələlik bu baş verməyib və 40%-lik artımdan söhbət gedə bilməz. Ola bilər ki, nazir büdcə sektorundakı müəyyən artımları nəzərdə tutub artımdan danışır, amma Azərbaycan iqtisadiyyatı da təkcə büdcə sektorundan ibarət deyil və özəl sektorda da 700 mindən çox maaş alan insan var", - deyə iqtisadçı Rövşən Ağayev bildirdi.


Həzi

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol