• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəhərdən Kəndə” layihəsinə start verildi

“Şəhərdən Kəndə” layihəsinə start verildi
04.06.2019 10:49
Kənd Təsərrüfatı Nazirliyi yanında "Dövlət Aqrat Ticarət Şirkəti” MMC Azərbaycanda aqroekoturizin inkişafına həsr olunan "Şəhərdən Kəndə” layihəsinə start verib.

Anews.az xəbər verir ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirlyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə reallaşdırılır.
Bununla bağlı keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu gün regionlarda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır: "Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Regionların sosial-iqtisadi inkişafı istiqamətində Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL), Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və "Kənddən Şəhərə” kimi bir neçə sosial yönümlü layihələri uğurla həyata keçiririk”.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunun digər prioritet sahələrindən biri də turizmdir: "Azərbaycan böyük turizm potensialına malikdir və ölkəmizə gələn turistlərin sayı ildən ilə artır. Onlar təkcə müasir və tarixi ornamentlərə malik şəhərlərə deyil, zəngin mədəniyyəti, gözəl təbiəti və müasir infrastrukturu olan regionlarımıza da səfər edirlər. Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaqdır. Bu səbəbdən biz tərəfdaş qurumlarımız ilə birgə "Şəhərdən Kəndə” adlı aqrar turizm layihəsini həyata keçirmək qərarını verdik”.

İ.Kərimov onu da bildirib ki, sözügedən layihə aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş bir fəaliyyətdir: "Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək. Azərbaycanın səfalı rayonlarına gedərək kənd şəraitində müvəqqəti məskunlaşmaq, orada istehsal olunan məhsullardan dadmaq, istehsalat prosesində yaxından iştirak etmək - asudə vaxtı səmərəli keçirməyin ən maraqlı yoludur. Bu istiqamət Azərbaycan üçün yeni olsa da, bir sıra ölkələr artıq bu sahədə böyük təcrübəyə malikdirlər. Biz həmin ölkələrin təcrübəsini yaxından öyrənərək ən uğurlu modelləri Azərbaycanda tətbiq edəcəyik”.
Nazir bu baxımdan, beynəlxalq tərəfdaşları əməkdaşlığa dəvət edib.(unikal)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol