• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili prezidentə məktub yollayıb

Millət vəkili prezidentə məktub yollayıb
04.06.2019 15:18
Deputat Vahid Əhmədov Azərbaycanda iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə prezidentinə məktub yollayıb. 

"Qafqazinfo” xəbər verir ki, o, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. O, vurğulayıb ki, biz ölkədə iri sənaye müəssissələrinin yaradılmasına çalışmalıyıq: "Bunun üçün vəsaitimiz də var. Bunlar elə müəssisələr olmalıdır ki, orada ən azı 7-10 min insan çalışsın. Ona görə də mən iki neftmaşınqayırma zavodunun tikilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm. Həmçinin bununla bağlı institutun yaranmasına da ehtiyac var. Belə olan halda Azərbaycana idxal olunan məhsulların sayında azalma olacaq”.

V. Əhmədov həmçinin 2018-ci ilin dövlət büdcəsində tikinti sektorunda azalmanın olduğunu qeyd edib. O, vurğulayıb ki, bu sektorda 9 faiz azalma qeydə alınıb. Deputat bunun səbəbini Maliyyə nazirinin müavinindən soruşub. 

Millət vəkili idxal-ixrac əməliyyatlarının çəkisinə də diqqət yetirib. Bildirib ki,  ixracda neft məhsulları 90 faiz təşkil edir. Qalan 10 faiz isə qeyri-neft sektorunun payına düşür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol