• $
  • €
  • ₽
  • ₺
  • £

Əl-Bağdadi haralarda “fırlanır”? - Kəşfiyyat rəisi açıqladı

Əl-Bağdadi haralarda “fırlanır”? - Kəşfiyyat rəisi açıqladı
05.06.2019 09:54
Iraqin kəşfiyyat xidmətinin məlumatlarına görə İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadi ölkənin Suriya və Türkiyə ilə həmsərhəd rayonlarındadır, müntəzəm olaraq yerini dəyişir. Hərbi kəşfiyyatın rəisi Səid Mojer əl-Allakın bildirdiyinə görə İŞİD terrorçuları İraq və Suriyanın sərhəd rayonlarında, əsasən Homs əyalətində, Anbar səhrasında, Mosuldan cənubda və İraq, Türkiyə, Suriya sərhəd üçbucağında kiçik qruplar halında fəaliyyət göstərirlər. Çünki həmin rayonlar hökumətin nəzarəti altında deyil.

Əl-Allak Rusiya, İraq, Suriya və İranın formalaşdırdığı antiterror koordinasiya mərkəzinə rəhbərlik edir. O bildirib ki, cihadçılar ərazilərə nəzarət etmək imkanlarını itiriblər və şəhərlərdə, səhralıq rayonlarda "yatmış” yuvalara stavka edirlər.

 "Bizim kəşfiyyat məlumatları və həbs edilən İŞİD iderlərinin ifadələri göstərir ki, qruplaşmanın üzvləri arasında ciddi ixtilaflar var, onlar bizim qüvvələrimizin keçirdiyi preventiv əməliyyatlar nəticəsində ciddi itkilər verirlər”-kəşfiyyat rəisi bildirib.

Generalın sözlərinə görə, İŞİD özəkləri öz fəaliyyətlərini bərpa edə bilməzlər, çünki təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində çoxlu itkilər verərək demoralizə olublar.

Xatırladaq ki, bu yaxınlarda İŞİD lideri əl-Bağdadi 5 illik fasilədən sonra ilk dəfə üzə çıxıb və videorolik yayıb.

(Virtual Azərbaycan)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol