Yevlaxda yol qəzası olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Xaldan avtomobil yolunda qeydə alınıb. "Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan, 2005-ci il təvəllüdlü Səlimov Elmir İsmət oğlu və 2011-ci il təvəllüdlü Dəmirov Ömər Ruslan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az