• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəhşətli hadisə: 23 yaşlı oğlan bacısını qoruyarkən öldürüldü - TƏFƏRRÜAT

Azərbaycanda dəhşətli hadisə: 23 yaşlı oğlan bacısını qoruyarkən öldürüldü - TƏFƏRRÜAT
21.06.2019 12:51
Ötən gecə Bakı şəhər Suraxanı rayonu Yenu Suraxanı qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Anews.az Publika.az-a istinadan əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı Ərəsov Müşfiq Etibar oğlunun həyat yoldaşı və qardaşını qısqanclıq zəminində bıçaqlaması məlum olub.

Belə ki, dənizdə işləyən Müşfiq ayın yarı hissəsini işi ilə əlaqədar evində olmurmuş son vaxtlar o, dənizdən evə gələndə həyat yoldaşı, 28 yaşlı Zülfiyyə ilə qısqanclıq zəminində mübahisələr edirmiş. Həyat yoldaşının hərəkətlərindən şübhələndiyini deyən Müşfiq heç bir konkret səbəb gətirmədən evdə dava-dalaş salırmış. Nəhayət, dünən söz-söhbətdən bezən və 2 azyaşlı uşaq anası olan Zülfiyyə evi tərk edərək Yeni Suraxanıda bacısının evinə gəlib. Onun arxasıyca isə Müşfiq bıçaq götürərək baldızının evinə gəlib. Bu zaman evin qarşısında onu qayını 23 yaşlı İsmayılov İbrahim Etibar oğlu qarşılayıb. O, yeznəsinə bacısını öldürməyə imkan verməyəcəyini deyib və həyəti tərk etməsini tələb edib. Əsəblərinə hakim ola bilməyən Müşfiq özü ilə gətirdiyi bıçaqla həm 23 yaşlı qaynını, həm də həyat yoldaşını öldürmək qərarına gəlib. O, bacı və qardaşa çoxsaylı bıçaq zərbələri endirib. Ürək nahiyəsindən ağır xəsarət alan İbrahim hadisə yerində ölüb, Zülfiyyə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, M.Ərəsov tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Cəmiyyət 09:49
Fira Cəlilovanın bağ evində saxlanılan şəxslə bağlı yeni detallar
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol