• $
  • €
  • ₽
  • ₺
  • £

Minsk-2019: Azərbaycanlı boksçu 1/4 finala yüksəlib

Minsk-2019: Azərbaycanlı boksçu 1/4 finala yüksəlib
25.06.2019 21:30
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, "Uruçye Arena”nın rinqinə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.

Dəri əlcək sahibləri 1/8 final mərhələsində qüvvələrini sınayıblar. Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev də növbəti döyüşünü keçirib.

Dünya çempionumuz Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib.

C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodriges (Fransa) – Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol