• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeronda radikal dini cərəyanlar və onların təsirlərindən qorunmağın yolları barədə ictimai müzakirə keçirilib

Abşeronda radikal dini cərəyanlar və onların təsirlərindən qorunmağın yolları barədə ictimai müzakirə keçirilib
28.06.2019 17:05
Xırdalan şəhərində "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili"layihəsi çərçivəsində "Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?" mövzusunda ictimai müzakirə təşkil edilib.  
 
Anews.az xəbər verir ki, İB-nin və layihənin rəhbəri Ülkər Abdullayeva radikal dini cərəyanlar, onların dünyadakı və ölkəmizdəki təsirlərindən bəhs edib.

"Radikal dini şəbəkələrin əməllərindən ən çox əziyyət çəkənlər məhz qadınlardır. Onlar qadınlara qarşı aşırı dərəcədə sərt davranışlar nümayiş etdirir, onları kişilərin köləsi sayır, cinsi və digər cəhətlərdən istismar edir, işgəncələr verir, əsassız ittihamlarla yarğılayır, şikəst edir, insan alverinin qurbanına çevirir və qətlə yetirirlər. Bir çox hallarda qadınlar bu cərəyanların təlqin etdiyi xürufata inanır, onların insanlığa zidd aksiyalarının icraçısına və qurbanına çevrilirlər. Son illərdə Yaxın Şərq və Cənubi Asiyada, o cümlədən, qardaş Türkiyədə beyni yuyulmuş, mövhumat və xürufatla doldurulmuş  müsəlman qadınlardan canlı bomba kimi istifadə hallarının sayı artıb. Əl-Qaidə, İŞİD, Taliban və s. beynəlxalq terror şəbəkələri müxtəlif yollarla (təbliğat, maddi şirnikləndirmə, şantaj, təhdid və s.) öz sıralarına qadınları cəlb edir, onlardan öz mənfur əməllərini həyata keçirmək üçün istifadə edirlər” – deyə Abdullayeva bildirib.

O, son illərdə Yaxın Şərqdə, xüsusilə də Suriya və İraq ərazilərində gedən hərbi əməliyyatlara azərbaycanlıların, o cümlədən qadınların cəlb edildiyinin sirr olmadığını vurğulayıb. Qeyd edib ki, radikal dini şəbəkələrin üzvləri mütəşəkkil qaydada internet resurslarından, sosial şəbəkələrdən istifadə edərək öz ideoloji baxışlarını cəmiyyətə yeritməyə, zərif cinsin nümayəndələrini öz torlarına salmağa çalışırlar. Bəzən onların bu cəhdləri bəhrəsini verir. Respublikamızda nəinki radikal dindarların ailədəki qadınları öz əməllərinə alət etdiyi hallar var, eyni zamanda öz ailəsini, doğmalarını atıb radikal dini təşkilatlara qoşulan qadınlar da var. Radikallar bir çox hallarda qadınların maarifsizliyindən, cahilliyindən, maddi imkansızlığından istifadə edərək, onları dini xürufata sürükləyir, öz qlobal torlarına sala bilirlər.

Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınları necə öz qlobal torlarına saldıqları barədə ətraflı məlumat verib.
Tədbirdə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin "Bir kişiyə təhsil versən, təhsilli bir insan, qadına təhsil versən təhsilli bir ailə qazanarsan” fikrini sitat gətirərək qeyd edib ki, cəhalətdən xilas olmaq, dövlətimizi qorumaq, gücləndirmək üçün qadınlarımıza təhsil verməliyik.  

"Dünyada 5 minə yaxın xalq var, amma onların yalnız 200-ü öz dövlətini qura bilib. Azərbaycan xalqı da yüz il əvvəl müsəlman şərqində ilk respublikanı qurub, baxmayaraq ki, onun ömrü cəmi 23 ay olub. O dövləti quranlar məhz maarifçilər, savadlı həmvətənlərimiz idi. Artıq 30 ilə yaxındır bizim müstəqil dövlətimiz var. Bu dövlətin uzunömürlü, güclü olması məhz xanımlarımızdan asılıdır. Onlar nə qədər cəhalətdən, dövlətin əsaslarını sarsıdan radikal qruplardan uzaq dursalar, nə qədər çox təhsil alsalar, dövlətimiz bir o qədər güclənər və inkişaf edər” – deyə Orduxanlı əlavə edib. Bəzi dini cərəyanların təsiri altında olan xanımların təhsildən uzaq düşdüyünü vurğulayan natiq, Abşeron rayonunun hazırklı icra başçısı İradə Gülməmmədovanın qadınların təhsilinə xüsusi diqqət ayırmasını təqdir edib.   
 
Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini Vüqar Bəşirov belə bir önəmli, maarifləndirici tədbiri məhz onların rayonda keçirdiyi üçün "Qadın Liderliyi Uğrunda” İB-yə təşəkkür edib.

Tədbirdə Güzdək qəsəbəsində yerləşən "Rəsulillah” məscidinin imamı Hacı Mirkazım Kazımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin məsləhətçisi Şahlar Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt Cümə Məscidinin imam köməkçisi, İslam Universitetinin pedaqoqu Əli Şərbətov çıxış ediblər. Onlar radikal dini cərəyanların zərərlərini anladaraq, Azərbaycandakı multikultural mühiti yüksək qiymətləndiriblər. İslamda radikallığa meyllərin yaranmasının səbəblərini izah edən natiqlər, bunun acı nəticələrinin Əfqanıstanda, Pakistanda, Suriyada, İraqda, İranda və digər müsəlman ölkələrində özünü qorxunc şəkildə biruzə verdiyini bildiriblər. Onlar cəmiyyətin ana sütununu təşkil edən qadınları belə cərəyanlardan uzaq durmağa, istər virtual, istərsə də canlı ünsiyyət vasitəsiləri ilə belə qurumların toruna düşməməyə çağırıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol