• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda həyəcanlı anlar - Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR

Bakıda həyəcanlı anlar - Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR
03.07.2019 10:29
Bakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılıb.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin  və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları gəlib. 
Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hazırda baxış keçirilir, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd əl qumbarası aşkar olunub.

Hazırda qumbaranın zərərsizləşdirilməsi üçün sözügedən qurumların əməkdaşları iş aparır. 
Hadisə yerindən verilən məlumata görə, qumbara ağacın dibinə basdırılıb. Vətəndaşlardan biri bunu aşkar etdiyi üçün, polisə məlumat verib. Hazırda qumbaranın kim  və nə vaxt həmin əraziyə basdırıldığı istiqamətində araşdırma aparılır. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Cəmiyyət 09:15
Fira Cəlilovanın bağ evinə basqın iddiasına DİN-dən açıqlama
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol