• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sürücülər 40 manat cərimə olunacaq - DİQQƏTLİ OLUN!

Bu sürücülər 40 manat cərimə olunacaq - DİQQƏTLİ OLUN!
09.07.2019 13:40
"Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər" 

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolaq” tətbiq ediləcək. 

Bakı Nəqliyyat Agentliyindən Anews.az-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir. Məlumatda deyilir ki, ilk "Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq: "Sürücülərə tövsiyə edirik ki, müəyyən olunan müddətdə sarı zolağın tələbin əməl etsinlər. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq ümid edirik ki, Avropa və İslam Həmrəyliyi Oyunlarında olduğu kimi bu dəfə də hərəkət iştirakçıları qoyulan qaydalara anlayışla yanaşıb nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və uğurla reallaşmasına dəstək olacaqlar".

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
 




















www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol