• $
  • €
  • ₽
  • ₺
  • £

Marşrut sürücüsünün öldürdüyü piyadanın oğlu 25 min manat istəyir

Marşrut sürücüsünün öldürdüyü piyadanın oğlu 25 min manat istəyir
09.07.2019 22:41
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnmiş qəza törətməkdə təqsirləndirilən marşrut sürücüsü Pərviz Quliyevin cinayət işi üzrə iclas davam etdirilib. Sürücüyə son söz imkanı verilib.
Bizimyol.info xəbər verir ki, Pərviz Quliyev peşman olduğunu deyib. Məhkəmədən öhdəsində azyaşlı uşaqların olmasını nəzərə almağı xahiş edib. Sürücü daha yüngül cəza verilməsini istəyib.
Keçən il baş verən hadisə zamanı Pərviz Quliyev 185 saylı marşut xətti üzrə sürdüyü avtobusla Bakıxanov qəsəbəsində Miqdat Kuxmazovu vurmuşdu. Piyada hadisədən bir həftə sonra xəstəxanada keçinmişdi.
Məhkəmənin hökmündə sürücünün heroin qəbul etdiyi yazılıb. Pərviz bunu inkar etmir. Deyir ki, qaraciyər serrozundan əziyyət çəkdiyinə görə narkotik maddələrə ehtiyac duyur.
Məhkəmə bu gün hökm çıxarıb. Pərviz Quliyev 6,5 il azadlıqdan məhrum edilib.
Eyni zamanda Miqdat Kuxmazovun oğlunun mülki iddiası təmin olunmayıb. Həlak olanın övladı sürücünün ona 25 min manat ödəməli olduğunu bildirib. O, xəstəxanada, sonradan isə dəfn, yas üçün bu qədər pul xərclədiyini söyləyib. Mülki iddiaya baxılmayıb. İddiaçı bunun üçün ayrıca mülki qaydada müraciət etməli olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol