• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan deyir?

Bakıda yatarkən bıçaqlanan kişini öz arvadı qətlə yetirmiş ola bilər - Qadın yalan deyir?
10.07.2019 19:44
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini, 1979-cu il təvəllüdlü Sofiyev Araz Knyaz oğlunun qətlində öz həyat yoldaşının əli ola bilər.
Bu barədə Oxu.Az-a Bakının Suraxanı rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.
Oxu.Az-ın daha əvvəl verdiyi məlumata əsasən, iyulun 7-si, saat 03:00-da Yeni Günəşli qəsəbəsində yaşayan A.Sofiyevin evinə iki naməlum şəxs basqın edib. Təqsirləndirilən şəxslərin dediyinə görə, evin sahibinin onlara pul borcu olub. Həmin şəxslər ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə A.Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən A.Sofiyevin həyat yoldaşı Rəna Sofiyevaya da bıçaqla xəsarət yetiriblər. Qadına tibbi yardım göstərilib.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən R.Sofiyanın sözlərinə şübhə ilə yanaşır və hesab edir ki, o, nəyisə gizlədir.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, kişiyə 17 bıçaq zərbəsi endirilib. A.Sofiyevə divanda oturanda hücum edilib. Maraqlıdır ki, qətl zamanı evdə Sofiyevlərin 15 yaşlı oğlu və öldürülən şəxsin qayınanası da olub. Onlar iddia edirlər ki, yatmış olublar, buna görə də heç nə eşitməyib və görməyiblər.
Hərçənd ilkin dindirmə zamanı R.Sofiyeva bildirib ki, üzlərini maska altında gizlətmiş cinayətkarlar onun ərindən pul tələb edib və münaqişə bu zəmində  baş verib. Ancaq münaqişənin səs-küylə müşayiət olunması qaçılmaz olardı.
Kişiyə vəhşicəsinə divan tutmuş cinayətkarların cinayətin əsas şahidi olan qadına toxunmamaları da qəribə görünür. Onlar yalnız qadının əlini yüngülcə yaralayıblar.
Əldə olunan məlumata görə, Sofiyevlərin evinin yaxınlığında quraşdırılmış müşahidə kamerası həmin gecə ərazidə kişinin hərəkətini qeydə alıb. Lakin hələlik istintaq həmin kişinin kim olduğunu müəyyənləşdirə bilməyib.
Ehtimal edilir ki, qadın istintaqdan həqiqəti gizlədir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, əgər qadın qətldə iştirak edibsə, deməli, onun köməkçisi olub:
"Çox güman ki, bıçaq zərbələrini kişi endirib. Və ən əsası, biz Araz Sofiyevin kimə borclu olduğunu tapmamışıq. İndi istintaq bütün mümkün versiyalar üzərində işləyir”.
Daha bir versiyaya əsasən, kişi yatarkən öldürülüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol