• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sürücünün maşınla vurduğu piyada can verərək dünyasını dəyişdi - REAL GÖRÜNTÜLƏR – VİDEO

Bakıda sürücünün maşınla vurduğu piyada can verərək dünyasını dəyişdi -  REAL GÖRÜNTÜLƏR – VİDEO
11.07.2019 09:35
Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Anews.az bildirir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, bu gecə saat 23 radələrində Əmircan qəsəbəsində bazarın yaxınlığında naməlum avtomobil 60 yaşında bir qadını vurub.

Sürücü hadisədən sonra piyadanı can üstə qoyaraq qaçıb.

Hadisə şahidləri dərhal təcili yardıma zəng vurublar. Bildirilir ki, təcili yardım həkimləri çağırışdan 40 dəqiqə sonra hadisə yerinə gəliblər.


Həmin vaxta qədər vurulan qadın ağrılar içində yerdə qalıb. Sonradan həkimlər piyadanı ağır vəziyyətdə xəstəxanaya aparıblar. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq qadın vəfat edib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol