• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib

Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib
14.07.2019 18:38
Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində xəsarət alan yaralılardan dörd nəfər helikopter vasitəsilə Bakıya göndərilib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndərilib.
Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın isə Təcili Tibbi Yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

Digər xəsarət alan Elxan Məmmədova onurğanın qapalı travması diaqnozu qoyulub və Şəki MRX-də müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Digər şəxslərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.
Qeyd edək ki, Suriya vətəndaşları olan S.Hasan, F.Hasan və Al Hasan Samirə bir ailənin üzvüdürlər.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.
Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.
Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol