• $
  • €
  • ₽
  • ₺
  • £

“Həbibi” ovu: kiçik şəhərdə böyük seks

“Həbibi” ovu: kiçik şəhərdə böyük seks
18.07.2019 19:28
Əxlaqsızlıq faktlarının aşkar edilməsi və aradan qaldırılması üçün Fəvvarələr meydanından sonra növbəti obyektlər qismində Bakının gecə klubları yoxlanılmalıdır.
Bunu Oxu.Az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov Bakıda ərəb turistləri arasında seks ticarəti nümayəndələrinə tələbatın artması problemini şərh edərkən deyib.
Onun sözlərinə görə, polis tədbirlər görməlidir, çünki bu biabırçılığı sakit müşahidə etməyə artıq güc qalmayıb:

"Mən əsl fahişəxanaya çevrilmiş gecə klublarının adını çəkmək istəmirəm. Paytaxt polisinin ərazi bölmələrində söhbətin hansı obyektlərdən getdiyini yaxşı bilirlər. Bu klublar ərəb turistlər arasında o qədər populyardır ki, onlar bura konkret olaraq fahişələr üçün gəlirlər. Buna görə də həmin obyektlərin sahiblərini məsuliyyətə cəlb etmək lazımdır ki, ölkədə fahişəliyin artımına yardım etməsinlər”.
Taksi sürücüləri dünyada "ən qədim peşə”nin inkişafına yardım etməkdə gecə klublarının sahiblərindən heç də geri qalmırlar. Əlbəttə, bunu bütün taksi sürücülərinə şamil etmək olmaz, lakin onların müəyyən qismi bu işə kömək edirlər. Bundan başqa, taksi sürücüləri turistlərin boş vaxtlarının təşkilində və ərəblərə fahişələrin çatdırılmasında iştirak edirlər.
Bu məlumatı Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsindən də təsdiq edinlər.
İdarədən qeyd ediblər ki, ərəb dilində fikrini başa salan bir çox taksi sürücüsü var:
"Turizm agentlərinin əməkdaşlarından əldə edilmiş məlumata əsasən, taksi sürücüləri gecə klublarının sahiblərindən də öz paylarını alırlar. Belə ki, gecə klubuna gətirilmiş hər bir ərəbə görə taksi sürücüsü sahibkardan 10 manat alır”.
N.Bağırov qeyd edib ki, polisin bu günlərdə şəhərin mərkəzində gördüyü tədbirlərdən sonra "Torqovaya” kimi tanınan ərazidə seks ticarətinin nümayəndələrinin sayı azalıb:
"Eyni addımları gecə klublarında da atmaq lazımdır. Əgər əxlaqsızlığı minimuma endirmək istəyiriksə, fahişəliklə məşğul olan klubları bağlamaq lazımdır”.
Onun sözlərinə görə, bununla kompleks şəkildə mübarizə aparmaq lazımdır:
"Elə şeylər var ki, onları satmaq olmaz - bunlar şərəf və ləyaqətdir. Taksi sürücüləri başa düşməlidir ki, fahişələrin çatdırılması pul qazanmaq üçün yaxşı üsul deyil. Axı bütün bunlar yekunda ölkəmizin imicinə xələl yetirir”.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
Nazirliyin müraciətində qeyd olunur ki, bu, vətəndaşların təhlükəsizliyinin qorunması və ölkədə sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir:
"Əgər vətəndaşlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa, 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa, 7 gün ərzində müraciət edib qeydiyyatdan keçməlidirlər. Bunun üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytında onlayn xidmət yaradılıb, mobil tətbiqdən də istifadə oluna bilər.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 10-cu maddəsinə görə, mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir.
Bu qaydanın pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi üzrə vətəndaşa xəbərdarlıq edilir, bundan sonra o, 30 manat, vəzifəli şəxslər isə 500 manatdan 800 manatadək cərimələnir. Yəni hoteldə göstərilən müddətdə qalan şəxsi qeydiyyatdan keçirməyən rəhbərlik 500-800 manat cərimələnə bilər”.
Polisdən bildiriblər ki, bu qayda, həmçinin hotellərdə fahişələrin iştirakı ilə qeydə alınan xoşagəlməz məqamları aşkar etməyə kömək edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol