• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!
20.07.2019 13:28
1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımızın artıq 144-cü ildönümüdür.

Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verərək ölkənin lider mobil operatoru Azercell Telekom jurnalistləri bu əlamətdar gün münasibətilə özünəməxsus şəkildə təbrik edir. Beləliklə, "Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək.

Hədiyyə dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1875 açar sözünü 5005 qısa nömrəsinə göndərmək kifayətdir. Mediacell tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.

Mətbuat nümayəndələri üçün "Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan Azercell, ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləmiş, bu istiqamətdə bir çox təşəbbüslər həyata keçirmişdir. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini vermiş, onların beynəlxalq təcrübələrdən bəhrələnməsinə şərait yaratmışdır. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olmuşdur. Azercell Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol