• $
  • €
  • ₽
  • ₺
  • £

Bizi belə zəhərləyirlər - VİDEO

Bizi belə zəhərləyirlər - VİDEO
16.08.2019 15:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.

Bu barədə qurumun mətbuat xidmətindən Anews.az-abildirilib.

Verilən məlumata görə, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır.

Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.

Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.

Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol