• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan avtobusla Naxçıvana gedənlərə - ŞAD XƏBƏR

Bakıdan avtobusla Naxçıvana gedənlərə - ŞAD XƏBƏR
20.08.2019 17:14
Bakıdan İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda bildirilib.
Məlumata görə, bu, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək üçündür.

DGK sədri Səfər Mehdiyevin sərəncamına əsasən, gömrük nəzarəti avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.
DGK tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.

Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
Bu ilin 13 iyununda Azərbaycan və İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.
Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur.

İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir.  Eyni zamanda, avtobuslar İranda gömrük yoxlamasından keçirilmir.
Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.
Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.
DGK hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol