• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? - Vəkil səbəbi açıqladı

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? - Vəkil səbəbi açıqladı
27.08.2019 16:27
Ötən gün Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin ard-arda yeddi dəfə təxirə salınmasının səbəbi məlum olub.
Anews.az Oxu.Az-a istinadan xəbərinə görə, F.Laçının vəkili Nurəngiz Qarayeva hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilməli olan proseslərin əksəriyyətinin təxirə salınmasına səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsini göstərib:

"Mən də öz növbəmdə bu məsələ ilə maraqlandım. Penitensiar Xidmətin əməkdaşları bildirdi ki, sözügedən məhkəmə "Gəncə işi” ilə eyni vaxta təsadüf edir. Təqsirləndirilən şəxslərin sayının hər iki iş üzrə çox olması, onların xüsusi mühafizə altında gətirilməsini çətinləşdirdiyi üçün bu hal baş verir". 

Vəkil qeyd edib ki, F.Laçının səhhətinin pisləşdiyi üçün məhkəmə iclaslarının təxirə salındığı barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın beş il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev doqquz il, qarovul rəisi Ceyhun Səmədov doqquz il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev yeddi il, Günay Atakişiyeva altı il, Aqil Nəcəfov doqquz il, İsrafil Soltanov yeddi il, Şahmar Bəyəlizadə yeddi il, Tərlan Zeynalov yeddi il, Anar Əsgərov yeddi il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol