• $
  • €
  • ₽
  • ₺
  • £

“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”

“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”
30.08.2019 16:08
Bakıda 30-a yaxın qadını küçədə qucaqlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun məhkəməsi başlayır.
"Qafqazinfo”nun verdiyi xəbərə görə‚ R.Süleymanov barəsində 2018-ci ilin sentyabrında başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.
R.Süleymanov qeyd edilən tarixdə Xətai rayonunda səhər saatlarında yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün saxlanılıb. O‚ ifadəsi zamanı bu hərəkəti dəfələrlə törətdiyini etiraf edib. R.Süleymanov ilkin ifadəsində bildirib ki‚ 20-dən çox qadına hücum edib: "Şəhərdə mini ətək geyinən qızlar görəndə qucaqlayıram‚ sonra buraxıram. Təb gələndə özümü saxlaya bilmirəm”.

R.Süleymanov Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir. Bu ittiham məhkəmədə sübuta yetirilərsə‚ R.Süleymanovu 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol