• $
  • €
  • ₽
  • ₺
  • £

Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq"

Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq"
20.09.2019 17:16
Musa Quliyev: "Bir qrup həkim icbari tibbi sığortanın tətbiqini istəmir"

"İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyədə uzun illərdir həllini tapa bilməyən problemlər aradan qaldırılacaq”.

Bunu icbari tibbi sığorta ilə bağlı APA -ya açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir:

"İcbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür. Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara yüzə yaxın dəyişiklik olub. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayanda 6 ay, 1 il müəyyən çətinliklər, problemlər ortaya çıxacaq. Amma bunlar hamısı həll olunası məsələlərdir”.

Musa Quliyev bildirib ki, əhalinin icbari tibbi sığortaya çox ehtiyacı, ümidi və ciddi gözləntiləri var: "Hesab edirəm ki, icbari tibbi sığorta gələn ildən Azərbaycanda uğurla fəaliyyətə başlayacaq. Yarana biləcək hər hansı xırda problemə hər kəs obyektiv və vicdanlı yanaşmalı, bunun həllinə çalışmalıdır. Bu gün də səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu çətinliklər, problemlər indikindən çox daha az olacaq, xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Səhiyyədə uzun illərdir kök salan və öz həllini tapa bilməyən bürokratik əngəllər, rüşvət, korrupsiya və digər mənfi meyllər tamamilə aradan qaldırılacaq. Düşünürəm ki, icbari tibbi sığorta Azərbaycan xalqının ümidlərini doğruldacaq”.

Dövlət xəstəxanalarında çalışan həkimlərin icbari tibbi sığortaya münasibətinin necə olduğunu şərh edən Komitə sədrinin müavini bildirib ki, həkimlərin buna münasibəti müxtəlifdir: "Bir qrup həkim var ki, bunu dəstəkləyir, bir qrup həkim tərəddüd edir, bir qrupu isə ümumiyyətlə istəmir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol