• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-dan abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri

“Nar”-dan abunəçilərə operativ və keyfiyyətli müştəri xidmətləri
24.09.2019 17:11
Hər bir abunəçisinin tələbinə  xüsusi diqqət yetirən "Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir. Təqdim etdiyi məhsullar, yüksək sürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir. 6 ay ərzində 777  Cağrı Mərkəzinə 4.2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. "Nar”-ın yüksək keyfiyyətli xidməti nəticəsində Cağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 2019-cu ilin ilk 6 ayı  ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə isə 115 mindən çox müraciət daxil olub. Daxil olmuş müraciətlərin 95%-i "Nar"ın sosial media komandası tərəfindən 1 dəqiqə ərzində cavablandırılıb. 
 
Müştəri yönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran "Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.
 
Abunəçilərinin etibarlı tərəfdaşı kimi "Nar”-ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq "Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.
 
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8000-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol