• $
  • €
  • ₽
  • ₺
  • £

Payızda immuniteti möhkəmləndirmək üçün 9 məsləhət

Payızda immuniteti möhkəmləndirmək üçün 9 məsləhət
12.10.2019 09:39
Payız mövsümündə immun sistemini möhkəmləndirmək olduqca vacibdir. Bu, soyuq fəsildə soyuqdəymə və iltihabi xəstəliklərin inkişafının qarşısını alır.
Anews.az "MedikForum”a istinadən payızda immuniteti möhkəmləndirmək üçün 9 məsləhəti təqdim edir:
Sakitlik və yalnız sakitlik
Stress möhkəm sağlamlıq və immunitetin düşmənidir. O çox olduqca, sağlamlığınızla bağlı problem də çox olacaq. Ona görə də sakit  və stresli situasiyalardan uzaq olmaq lazımdır. Streslə ən effektli mübarizə yollarından biri meditasiyadır.
Dadlı qida
Orqanizm daim faydalı maddələrə ehtiyac duyur – vitaminlərə, antioksidantlara, probiotiklərə, minerallara. Ona görə də daha çox tər meyvə, tərəvəz və giləvmeyvə qəbul etmək məsləhət görülür. Müxtəlifliyin çox olması immunitet üçün daha yaxşıdır. Bundan əlavə, immun sistemini gücləndirən probiotiklər də vacibdir.
İntensiv məşqlər
Belə məşqlər (həftədə 2 dəfə və daha çox) sağlamlığınızı artırır. Lakin yadda saxlayın ki, heç nəyin həddini keçmək lazım deyil. Axı onda əks effekt yarana bilər. Orqanizmə bərpa olunması üçün vaxt lazımdır, ona görə də məşqlərdən sonra istirahət edin.
Gəzintilər
Gəzinti zamanı insan immuniteti üçün çox vacib olan D vitamini qəbul edir. O, sümüklərin möhkəmlənməsinə, soyuqdəymə ilə mübarizə aparmağa kömək edir, əhvalı qaldırır. Üstəlik, bu vitamin virus və infeksiyalara qarşı daha dayanıqlıdır. Ona görə də immuniteti möhkəmləndirmək üçün tez-tez gəzintiyə çıxmaq lazımdır.
Masaj və sauna
Bu iki xoş təsir bağışlayan prosedur yetərincə faydalıdır. İmmuniteti möhkəmləndirmək üçün saunaya getmək zəruridir. Belə ki, yüksək temperatur bakteriyaların sağ qalmasını çətinləşdirir, masaj isə immun sisteminə pis təsir göstərən kortizolun (stress hormonu) səviyyəsini aşağı salır.
Dostlarla görüş
Dostluq görüşləri sağlamlıq durumuna xoş təsir göstərir. Məlum olub ki, tənha insanlarda stressin səviyyəsi daha yüksək olur ki, bu da immunitetə mənfi təsir göstərir. Ayda heç olmasa bir dəfə yeni insanla tanış olmaq, dostlarla görüşmək məsləhət görülür – onda immunitet qat-qat möhkəm olacaq.
Çox yatmaq
Keyfiyyətli yuxu daha sağlam olmağımızın qarantıdır.
Pis vərdişlərdən imtina
Pis vərdişlərin sağlamlığa müsbət təsir etməməsi hamıya məlumdur. Alkoqol və tütündən heç bir fayda ola bilməz. Ona görə də əgər immunitetinizi gücləndirmək istəyirsinizsə, belə vərdişlərdən uzaq olmalısınız.
Yaşıl çay
Bu içkinin tərkibində olan epiqallokatexin-qallat maddəsi orqanizmi sərbəst radikallardan qoruya biləcək güclü antioksidantdır. O, həm də immun sisteminin bakteriya və viruslarla mübarizə aparan T-hüceyrəsinə də kömək edir

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol