• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimlə bağlı qərar verildi

Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimlə bağlı qərar verildi
28.05.2020 18:02
Bakı Apellasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Xətai Estetik Klinikasının həkimi Natavan Yaqubovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, N.Yaqubovanın apellyasiya şikayəti təmin edilməyib. 
İttihama görə, ötən il Xətai rayonu ərazisindəki Xətai Estetik Klinikasında səkkiz yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkim-cərrah N.Yaqubovanın səhlənkarlığı nəticəsində ölüb. 

Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim həkim-cərrah N.Yaqubova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət iş açılıb.
Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb.
Xətai Rayon Məhkəməsinin hökmü ilə o, üç il həkimlik fəaliyyati ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqubova cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Xətai Estetik Klinikasında faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş. (Oxu.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15:46
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Cəmiyyət 15:29
Yeni dərslik üzrə pilot siniflərin şagirdləri ənənəvi dərslik üzrə oxuyanlardan yüksək nəticə göstərib
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Cəmiyyət 15:26
Göygöldə məktəblilər istilik probleminə görə dərsə getmir
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Cəmiyyət 15:10
Azərbaycan yeni dərsliklərdə Britaniya və Sinqapur nəşriyyatları ilə əməkdaşlıq edir
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Cəmiyyət 13:59
Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Cəmiyyət 12:49
Azərbaycanda idxal olunan mallara sərhəddə avtomatik nəzarət tətbiq edilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol