• $
  • €
  • ₽
  • ₺
  • £

BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir

BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir
28.10.2019 22:52
Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən  yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür. 
Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün bəzi mətbu orqanlarda "BDU-nun yeməkxanasında qanlı olay – "Rektora yaxın gənc bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir. 
 
Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alanlara ilkin tibbi yardımı BDU-nun polikilinikası tərəfindən göstərilib. 
BDU-nun polikilinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir. 
Görünən odur ki, yaxın günlərdə 100 illik yubleyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir. 
BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babyev ilə əlaqəsi yoxdur və özəl iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir. 
Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol