• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub rayonlarımızdan zəlzələ AÇIQLAMASI

Cənub rayonlarımızdan zəlzələ AÇIQLAMASI
08.11.2019 12:08
Dünən axşam saatlarında İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Ordubad, Culfa, Beyləqan, Horadizdə 3-4 bala qədər hiss olunub. 
 
Modern.az zəlzələ təkanlarının hiss edildiyi rayonların bir neçəsi ilə itki və ya tələfat barədə məlumat almaq üçün əlaqə saxlayıb.
 
Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda zəlzələ hiss olunsa da hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb:
"İranda baş verən zəlzələ təkanlarla rayonda da his edildi. Lakin dağıntı qeydə alınmayıb, nə də ki heç kimə ziyan dəyməyib”.
 
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, hələ ki, icra hakimiyyətinə dağıntı və tələfat bağlı müraciət daxil olmayıb:
"Düzdür, zəlzələ burada da hiss edildi. Lakin hazırki saata qədər, bizə ziyan çəkmiş hər hansı şəxs müraciət etməyib”.
 
Lənkəran İcra Hakmiyyətindən də bildirilib ki, zəlzələ hiss olunub, lakin dağıntı və ya tələfatdan söz gedə bilməz:
"Sadəcə hiss edilən zəlzələ tələfata səbəb ola bilməz. Lənkəranda təkanlar dağıntıya səbəb olmayıb, zərərçəkmiş şəxs yoxdur”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Cəmiyyət 23:52
Babəkdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
Tovuzda iki qadını maşın vurub
Cəmiyyət 22:07
Tovuzda iki qadını maşın vurub
Azərbaycanda zəlzələ olub
Cəmiyyət 21:01
Azərbaycanda zəlzələ olub
“Dünya TV” cərimələnib
Cəmiyyət 20:56
“Dünya TV” cərimələnib
Səbaildə fərdi yaşayış evi yanıb
Cəmiyyət 20:29
Səbaildə fərdi yaşayış evi yanıb
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Cəmiyyət 19:09
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Cəmiyyət 16:49
Ermənistan məhkəməsi Nəsimi Musayevin həbs müddətini uzatdı
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Cəmiyyət 16:31
Direktor dərsliklərdə plagiat məsələsinə aydınlıq gətirib- Video
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Cəmiyyət 16:12
Abdurazaqov: Sovet dövrünün dərsliklərindəki heç kim səhv axtarmırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol