• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərova 1.5 milyonluq cərimə yazıldı - QƏRAR

Kəmaləddin Heydərova 1.5 milyonluq cərimə yazıldı - QƏRAR
21.11.2019 19:01
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Fövqəladə Hallar Nazirliyinin cərimə edilməsi barədə inzibati protokol tərtib edib.

Anews.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, MBNP-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulmasına - avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini əsas tutaraq yazdığı protokolla Yasamal Rayon Məhkəməsi 24 oktyabr 2019-cu il tarixdə qərar çıxarıb. 

Qərarla nazirlik 716 500 avro məbləğində cərimə edilib.
 
Məhkəmənin rəsmi qərarında cərimənin məbləği məhz belə yazılıb.
 
Bu qərardan verilən apellyasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
 
Qeyd edək ki, MBNP bir müdət əvvəl K.Heydərova aid olduğu deyilən "Gilan Holdinq"in də cərimə edilməsi barədə protokol tərtib edib.
 

Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "Gilan Holding” MMC-nin "Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
 
Noyabrın 20-də hakim Vəfa Əzizova sənədlərin qanunvericiliyə uyğun olmasığını əsas gətirərək, sənədləri geri qaytarıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Naftalanda üç məktəblini maşın vurub
Cəmiyyət 20:25
Naftalanda üç məktəblini maşın vurub
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Cəmiyyət 19:15
Bakı metrosunun Qırmızı xəttində qatarların hərəkətində yubanma olub
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
Cəmiyyət 18:08
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlanıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 17:06
DYP sürücülərə xəbərdarlıq edib
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Cəmiyyət 16:15
Bakıda avtoxuliqanlıq edən şəxs həbs olunub
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Cəmiyyət 16:01
Kolleclərə qəbulun məhdudlaşdırılması nəzərdə tutulur
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Cəmiyyət 15:50
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Cəmiyyət 15:16
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlanıb
Bu il 75 üçəm doğulub
Cəmiyyət 15:13
Bu il 75 üçəm doğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol